Icma.az
close
up
RU
İranda gizlənən yaralı pilotu belə xilas edibmişlər Detallar

İranda gizlənən yaralı pilotu belə xilas edibmişlər Detallar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın hava məkanında vurulan “F-15E Strike Eagle” qırıcı təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi əməliyyatı hazırda dünya mediasında müzakirə edilən əsas mövzulardan birinə çevrilib. 

“Qafqazinfo” xəbər verir ki, artıq müxtəlif mənbələr əməliyyatın detallarını açıqlayıblar. 

Belə ki, qırıcı təyyarə aprelin 3-də İranın cənub-qərbindəki Zaqros dağları üzərində vurulub. Pilotlardan biri hadisədən bir neçə saat sonra xilas edilsə də, ikinci zabit (silah sistemləri zabiti) bir gündən çox İran ərazisində gizlənməli olub. Onu təkcə amerikalı xüsusi təyinatlılar deyil, həm də İran tərəfi, o cümlədən yerli sakinlər axtarıb. İran hakimiyyəti hətta pilotun sağ tutulmasına görə 60 min dollar (102 min AZN) mükafat da vəd edib. 

ABŞ ordusunun polkovniki olan həmin ikinci ekipaj üzvü ağır yaralı olmasına baxmayaraq, bir gündən artıq müddət ərzində gizlənməyi bacarıb. Üzərində tapança, rabitə vasitəsi və izləmə mayakından başqa heç nə olmayan hərbçi ələ keçməmək üçün dəniz səviyyəsindən təxminən 2100 metr yüksəklikdə olan dağlıq əraziyə dırmanmağı bacarıb. 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi isə (CIA) İran Silahlı Qüvvələrinin diqqətini xilasetmə əməliyyatından yayındırmaq üçün genişmiqyaslı dezinformasiya kampaniyası təşkil edib. Belə ki, qırıcının ekipaj üzvü hələ aşkar edilməmişdən əvvəl kəşfiyyat artıq onun tapılıb təxliyə edildiyi barədə məlumat yayıb. Yalnız bundan sonra ekipaj üzvünün dəqiq yerini müəyyən etmək mümkün olub. 

Beləliklə, pilotun əsir düşməsinə yol verməmək üçün ABŞ xilasetmə əməliyyatına yüzlərlə xüsusi təyinatlı cəlb edib. Əməliyyata İsrail Müdafiə Qüvvələri də kəşfiyyat məlumatları ilə dəstək veriblər. 

Bununla belə, xilasetmə əməliyyatı bir sıra çətinliklərlə yadda qalıb. Əvvəlcə, İran tərəfi “Black Hawk” helikopterlərinin və “C-130 Hercules” təyyarəsinin iştirak etdiyi əməliyyatın uğursuzluğa düçar olduğunu iddia edib. Daha sonra ABŞ hərbi qulluqçuları yerə endikdən sonra palçığa batmış uçuş aparatlarının İran tərəfinin əlinə keçməməsi üçün onları məhv etmək məcburiyətində qalıblar. Bəzi mənbələr iki ədəd C-130 nəqliyyat təyyarəsinin, digər mənbələr isə 2 təyyarə və 2 helikopterin partladıldığını açıqlayıb. 

“Nəticədə komandanlıq yaralı pilotun və xüsusi təyinatlı bölmələrin Küveytə təxliyəsi üçün əlavə üç təyyarə göndərməli olub”, - “ABC News” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. 

“Fox News”un xəbərinə görə isə xilasetmə əməliyyatı zamanı yerdə döyüşlər baş verib, lakin amerikalı hərbçilər arasında itki olmayıb. Əvəzində şahidlər axtarışda iştirak edən İran qüvvələri arasında itkilərin olduğunu bildiriblər. 

Bundan başqa, xilasetmə əməliyyatını havadan dəstəkləyən “A-10 Warthog” təyyarəsinin Küveyt ərazisində qəzaya uğradığı açıqlanıb. Həmin təyyarənin pilotunun da uğurla katapult etdiyi bildirilir. 

Nəticədə, ABŞ komandoları film ssenarisini xatırladan əməliyyat nəticəsində “F-15E Strike Eagle” qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü xilas etməyə nail olublar. Yaralı polkovnik isə tibbi yardım göstərilməsi üçün Küveytdə xəstəxanaya çatdırılıb. 

Daha sonra ABŞ lideri Donald Tramp qırıcının ikinci heyət üzvünün xilas edilməsini təsdiqləyib. O, pilotu xilas etmək üçün İran səmasında yeddi saat keçirdiklərini qeyd edib. 

Cavid Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Aprel 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri