İranda hökumət obyektlərinə hücumlar planlaşdıran şəxslər saxlanıldı
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“İran polisi Qəzvin vilayətində keçirilən əməliyyat zamanı hərbi və hökumət obyektlərinə hücumlar planlaşdıran təxribat qrupunun üzvlərini müəyyən edərək saxlayıb”.
Yeniavaz.com xəbər verir ki, bu barədə əyalətin polis rəisi Məhəmməd Qasim Tarxani məlumat verib.
“Əyalət polisinin kəşfiyyat zabitləri İslam İnqilabı Keşikçiləri Korpusunun Qəzvin şəhərindəki kəşfiyyat xidməti ilə birgə bir sıra əməliyyatlar keçiriblər ki, bu əməliyyatlar nəticəsində müəyyən edilib ki, ayrı-ayrı şəxslər zorakılıq aktları və bir sıra hərbi və hökumət obyektlərinə hücumlar törətmək niyyətində olan təxribat qrupu yaradıblar”, – Tarxani bildirib.
Polis rəisi qeyd edib ki, saxlanılan şəxslər günahlarını etiraf edib. Bundan başqa, onların artıq 2022-ci ildə İranda keçirilən etiraz aksiyaları zamanı iğtişaşların təşkilində iştirak etdikləri məlum olub.
Xatırladaq ki, dekabrın 29-u İran rialının kəskin ucuzlaşması ilə əlaqədar tacirlər Tehranın mərkəzində etiraz aksiyası keçirməyə başladılar. Dekabrın 30-da Tehran universitetlərinin tələbələri iğtişaşlara qoşulub. Dekabrın 31-də bir qrup naməlum şəxs İranın cənubundakı Fars vilayətində Fez şəhər administrasiyasının binasına hücum edib.
Bu mövzuda digər xəbərlər:Rus məmura sui qəsd planlaşdıran şəxslər saxlanıldı
14 Noyabr 2025 11:02
İranda Pezeşkiana hücumlar artıb
12 Avqust 2025 15:26
İranda silahlı şəxslər məhkəmə binasına hücum ediblər
26 İyul 2025 10:17
İranda casus saxlanıldı
27 Dekabr 2024 05:48
İranda hökumət böhranı qapıda
07 Yanvar 2025 10:23
Baxış sayı:35
Bu xəbər 04 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















