Icma.az
close
up
RU
“İranda Mossad agenti edam edilib: Zelenskiyə yazdığı məktub həyatına son qoyub“ “QORDON“

“İranda Mossad agenti edam edilib: Zelenskiyə yazdığı məktub həyatına son qoyub“ “QORDON“

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İran hökumətinə meydan oxuyanı edam gözləyir..."

Sentyabrın 17-də İranda Babək Şahbazi adlı vətəndaş edam edilib. Rəsmi ittihamlara görə, o, İsrailin "Mossad" kəşfiyyat xidməti ilə əməkdaşlıq edib, dövlətin hərbi və təhlükəsizlik strukturlarına aid məlumatları sızdırıb.

Moderator.az xəbər verir ki, bu barədə "gordonua.com" nəşri məlumat yayıb.

Zelenskiyə məktub - həbsin başlanğıcı

Şahbazi 2023-cü ildə saxlanılıb. Onun taleyini dəyişən əsas hadisə isə Ukrayna prezidenti Vladimir Zelenskiyə yazdığı məktub olub. Məktubda o, Rusiyaya qarşı müharibədə texniki bilikləri ilə Ukraynaya dəstək vermək istədiyini bildirib. Tehran üçün bu jest həm Moskva ilə strateji ittifaqa qarşı çıxış, həm də Qərbə meyl kimi qiymətləndirilib. İstintaq orqanları məktubu "xarici dövlətlərə işləməyin" sübutu kimi təqdim edib.

Məhkəmə və hökm

Şahbaziyə qarşı irəli sürülən ittihamlar sırasında "İsraillə əməkdaşlıq",  "casusluq", "vətənə xəyanət" və "yerdə fitnə-fəsad yaymaq" (İslam qanunvericiliyində - ifsad fi-l-ard) maddələri olub. O, həmçinin Allahla düşmənçilik törətməkdə günahlandırılıb. İddialara görə, Şahbazi kriptovalyuta ilə ödəniş alıb, xarici pasport və maliyyə təminatı qarşılığında "Mossad"a işləyib.

Məhkəməyə rəhbərlik edən və "ölüm hakimi" kimi tanınan hakim Əbülqasım Salavati onu ölüm cəzasına məhkum edib. Hüquq müdafiəçiləri bildirir ki, Şahbazi aylarla təkadamlıq kamerada saxlanılıb, qızının həbsi ilə hədələnib və kamera qarşısında etiraf etməyə məcbur edilib. O isə sonadək özünü günahkar saymayıb.

Repressiya dalğasının fonunda edam

İran insan haqları təşkilatlarının məlumatına görə, 2025-ci ilin əvvəlindən bəri İsrailə casusluqda günahlandırılan ən azı səkkiz nəfər edam olunub. Onların çoxu bu ilin yazında baş vermiş 12 günlük İran-İsrail müharibəsindən sonra asılıb.

Şahbazinin edamı isə başqa bir həssas tarixə - Məhsə Əmininin ölümünün üçüncü ildönümünə təsadüf edib. 2022-ci ildə "əxlaq polisi" tərəfindən saxlanıldıqdan sonra həyatını itirən gənc qızın ölümü ölkə üzrə kütləvi etirazlara səbəb olub. Hökumət həmin etirazları qəddarlıqla yatırsa da, qadınların azadlıq tələbləri və iqtisadi böhran fonunda narazılıq davam edir.

Şahbazinin işi təkcə bir "casus qalmaqalı" deyil. O, həm Tehran-Moskva yaxınlığının daxildə necə sərt müdafiə olunduğunu, həm də rejimin hər hansı fərqli səsi boğmaq üçün edamdan çəkilmədiyini göstərir. Bu məhkəmə həm də İranda artan sosial narazılığın, qadınların azadlıq hərəkatının və iqtisadi gərginliyin fonunda hökumətin güc nümayişinə çevrilib. Qərb müşahidəçilərinə görə, Tehran həm İsrailə, həm də öz vətəndaşlarına mesaj göndərir: hökumətə meydan oxuyanı edam gözləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Sentyabr 2025 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see308

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see170

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see153

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see152

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri