Mossad agenti olmaqda ittiham edilən şəxs İranda edam edilib
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İranda İsrailin xeyrinə casusluqda ittiham olunan şəxs edam edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Nour News” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına əsasən, edam edilən şəxs İsrailin kəşfiyyat xidməti Mossad ilə əməkdaşlıqda təqsirli bilinib.
Həmin şəxsin Fars körfəzi ölkələrindən birində yerləşən idarəçisinə həftəlik hesabatlar təqdim etdiyi və bu qarşılığında ödəniş aldığı bildirilir. Casusluq fəaliyyəti çərçivəsində o, İranla bağlı həssas məlumatları, o cümlədən ayrı-ayrı şəxslərə dair informasiyaları İsrail tərəfinə ötürüb.
Rəsmi mənbələr bu barədə əlavə açıqlama verməsə də, hadisə ölkədə casusluqla bağlı artan narahatlıqlar fonunda baş verib. İran rəsmiləri bu cür hallara qarşı sərt tədbirlər görüləcəyini dəfələrlə bəyan ediblər.
Bu mövzuda digər xəbərlər:İranda Mossad agenti olduğu iddia edilən şəxs edam olunub
13 May 2026 10:50
İranda edam edilən Mossad agenti türkiyəli imiş
16 İyun 2025 17:58
İranda Mossad agenti edam edilib FOTO
22 İyun 2025 13:41
İranda MOSSAD agenti edam edildi
18 Mart 2026 09:05
İranda “Mossad“la əməkdaşlıqda təqsirləndirilən şəxs edam edilib
25 Aprel 2026 15:49
Baxış sayı:177
Bu xəbər 22 İyun 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















