İranda Mossad agentləri ifşa olundu
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Tehran əyalətinin Dəmavənd şəhərində İsrailin xüsusi xidmət orqanı olan “Mossad”la əlaqəsi olan agentlər və müxaliflər saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-ın yerli komandiri Mohsen Rəhimi məlumat verib.
Onun sözlərinə görə, son 12 gün ərzində baş verən müharibə fonunda keçirilən iki xüsusi əməliyyat nəticəsində adıçəkilən şəxslər müəyyən edilərək həbs olunub.
Bildirilir ki, saxlanılanlar həssas obyektlərlə bağlı xarici kəşfiyyat orqanları ilə, xüsusilə də Mossadla məlumat mübadiləsi apararkən ifşa ediliblər.
Qeyd edək ki, SEPAH komandiri konkret olaraq saxlanılanların sayı və kimliyi ilə bağlı detallı məlumat verməyib.
Tahir Turan

