Icma.az
close
up
RU
İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək RƏY

İranda müharibəyə çağırış edənlər cəzadan qaça bilməyəcək RƏY

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yeni yaradılan Cəza komitəsi sabitliyi qorumaq üçün addımdır, amma risklər də var”

İranda müharibəni qızışdıranlara, kiberməkanda buna çağırış edənlərin cəzalandırılması üçün Cəza komitəsi yaradılıb.

İran mediasının məlumatına görə, komitə "Vətənə xəyanət artıq cəzasız qalmayacaq!" prinsipi ilə fəaliyyət göstərəcək. Qeyd edək ki, Cəza komitəsi xalq hərəkatı sayılır. Bu qurum İranın sabitliyini və təhlükəsizliyini hədəfə alanlara qarşı mübarizə aparacaq.

Mövzunu şərh edən beynəlxalq hüquq üzrə ekspert Əlövsət Allahverdiyev “Sherg.az”a bildirib ki, İranda müharibəni qızışdıranlara və kiberməkanda buna çağırış edənlərə qarşı “Cəza komitəsi”nin yaradılması müxtəlif aspektlərdən qiymətləndirilə bilər və bu addım həm siyasi sabitliyin qorunması, həm də fikir azadlığı ilə bağlı müzakirələr doğura bilər:

“Bir tərəfdən, İran hakimiyyəti belə bir qurumun yaradılmasını ölkədaxili təhlükəsizliyi və siyasi sabitliyi qorumaq məqsədi ilə əsaslandıra bilər. Müharibəyə çağırışlar və ya zorakılığa təşviq edən fəaliyyətlər dövlətlər tərəfindən çox vaxt milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Xüsusilə gərgin regional şəraitdə və ya beynəlxalq münaqişələr fonunda hökumətlər informasiya məkanında yayılan çağırışların cəmiyyətdə radikallaşma yaratmasının və ya dövlət siyasətinə qarşı destabilizasiya risklərinin qarşısını almağa çalışırlar. Bu baxımdan, belə bir komitənin yaradılması dövlətin təhlükəsizlik və ictimai asayişi qorumaq siyasətinin tərkib hissəsi kimi təqdim oluna bilər.

Digər tərəfdən, tənqidçilər bu addımın fikir azadlığının məhdudlaşdırılması riski daşıdığını da qeyd edə bilərlər. Xüsusilə “müharibəni qızışdırmaq” və ya “çağırış etmək” kimi anlayışların hüquqi baxımdan necə şərh olunması mühüm məsələdir. Əgər bu anlayışlar geniş və qeyri-müəyyən şəkildə tətbiq olunarsa, hökuməti tənqid edən və ya fərqli siyasi mövqe bildirən şəxslər də bu kateqoriyaya daxil edilə bilər. Bu isə sosial şəbəkələrdə və ümumilikdə ictimai diskussiyada özünü senzura və ya fikir müxtəlifliyinin azalması ilə nəticələnə bilər”.

Ekspert qeyd edib ki, belə bir komitənin yaradılması həm dövlətin təhlükəsizlik və sabitliyi qorumaq cəhdi kimi izah oluna bilər, həm də hüquqi mexanizmlərin necə tətbiq olunmasından asılı olaraq söz və fikir azadlığı ilə bağlı suallar doğura bilər: “ Bu addımın hansı istiqamətdə qiymətləndiriləcəyi əsasən onun fəaliyyətinin şəffaflığına, hüquqi əsaslarına və real tətbiq praktikasına bağlıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Mart 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri