İranda neft emalı zavodunda baş verən yanğın baş verib Xəbər saytı Son xəbərlər və Hadisələr
Icma.az bildirir, Baku.ws portalına istinadən.
İranda neft emalı zavodunda istismar xaricində olan neft məhsulları borularının yerləşdiyi ərazidə baş verən yanğın qısa zamanda söndürülüb.
BAKU.WS İran KİV-nə istinadən xəbər verir ki, zavodun əməliyyatlar üzrə müdiri Seyid Məhəmməd Tahir bildirib ki, bu gün baş verən yanğın HSE və yanğınsöndürmə xidmətinin operativ müdaxiləsi nəticəsində 30 dəqiqədən az bir müddətdə tamamilə nəzarət altına alınıb. Hazırda soyutma işləri davam etdirilir.
Yanğının boru kəmərləri boyunca aparılan metal kəsmə işləri zamanı köhnə hidrogenkarbon materiallarının alovlanması və tüstü yayılması ilə başladığı bildirilir.
Məhəmməd Tahir əlavə edib ki, hazırda Abadan neft emalı zavodu tam gücü ilə fəaliyyətini davam etdirir və neft məhsullarının istehsalı və ötürülməsi prosesinə heç bir təsir göstərilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 26 Dekabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















