İranda rial çökür, Əraqçının xanımı isə qızıl seçir VİDEO
Turkstan.az saytına istinadən Icma.az xəbər verir.
İranın xarici işlər naziri Abbas Əraqçının həyat yoldaşı Arzu Əhmədvəndin Xarici İşlər Nazirliyində keçirilən xeyriyyə sərgisində qızıl və zərgərlik məmulatlarına baxarkən görüntüləri yayılıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Videoda Arzu Əhmədvəndin bir sıra qadın diplomatlarla birlikdə zərgərlik köşkünə baş çəkdiyi və alış-veriş etdiyi görünür. Söhbət Xarici İşlər Nazirliyinin Diplomatik Mərkəzinin keçirdiyi xeyriyyə sərgisindən gedir.
Görüntülərin İran rialının kəskin dəyər itirdiyi və bir ABŞ dollarının 220 min tümənə çatdığı dövrdə yayılması sosial mediada geniş reaksiyalara səbəb olub.
İstifadəçilər ölkədə inflyasiya və iqtisadi çətinliklərin dərinləşdiyini vurğulayaraq, diplomat xanımının qızıl alış-verişini tənqid ediblər. Bəzi paylaşımlarda isə hakimiyyət nümayəndələrinin həyat tərzi ilə iranlıların üzləşdiyi iqtisadi problemlər arasında ziddiyyətə diqqət çəkilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 04 Sentyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















