Icma.az
close
up
RU
İranda savaşın olması Azərbaycana sərf etmir Ekspert

İranda savaşın olması Azərbaycana sərf etmir Ekspert

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

"ABŞ İrana hücum edərsə, bu ölkədən 1 milyon qaçqın ölkəmizə gələ, bu isə iqtisadiyyatımıza mənfi təsir göstərə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi jurnalist Səxavət Məmməd Trampın hakimiyyətə gəlişilə İranın nüvə obyektlərinə zərbələr endirməsinin regionumuzu, Azərbaycanı hansı risklərlə üz-üzə qoyacağı məsələsini şərh edərkən deyib.

Səxavət Məmməd bildirib ki, Trampın ilk hakimiyyəti dövründə əsasən məhz İrana qarşı addım atıldı:

"O, həmin dövrdə də İrana təzyiq etmək, onu sıradan çıxarmaq istiqamətində fəaliyyət göstərirdi. Yenidən hakimiyyətə gələndən sonra da Trampın əsas hədəfi yenə də İran olacaq. Suriyanı hazırda onsuz da sıfırlayıblar. İndi də onun parçalanmasına çalışacaqlar. İsrail açıq şəkildə bəyan edir ki, türkmənlərə qarşı mübarizədə kürdlər onlara dəstək verəcək. Bununla da kürd dövlətinin yaranmasına çalışırlar. Görünən odur ki, Tramp da ona dəstək verir. Kürd dövlətinin yaranması isə həm İran, həm də Türkiyə üçün təhlükəlidir. Dolayısı ilə bu faktor iki rəqib ölkəni bir-birinə yaxınlaşdıracaq. İranın nüvə obyektləri hər zaman ABŞ-ındiqqətində olub. ABŞ və İsrail İran məsələsini bitirmək istəyir. Hazırda Yaxın Şərqdə onların qarşısında duran yeganə güc İrandır. Bu əsasda da Qərb İranı sıxışdırıb çıxarmaq üçün addımlar atacaq". 


Ekspert hesab edir ki, İranın nüvə obyektlərinə zərbələr regionumuza da ciddi təsir göstərə və Azərbaycan da qaçqın axını ilə üzləşə bilər:

"İrandan gələcək 1 milyon əhali ölkəmizi ağır duruma sala bilər. Suriyadan Türkiyəyə gələn qaçqın axınının qardaş ölkənin iqtisadiyyatını hansı hala saldığını yaxşı bilirik". 

Səxavət Məmməd qeyd edib ki, sözügedən vəziyyətdə ölkəmiz üçün yaranacaq ilk problem Azərbaycanın İrandan olan qaçqınları harada və necə yerləşdirməsi məsələsi ola bilər:

"Hələ özümüzün qaçqın problemini tam həll etməmişik. Hələ də yataqxanalarda, bəzi məktəb, bağça, hətta vaqonlarda qaçqınlar yaşayır. Digər problem adaptasiya prosesinin necə keçəcəyilə bağlıdır. Belə vəziyyətin ölkəmiz üçün təhdid yaradacağı da istisna deyil. Yəni bilmirik ki, sözügedən vəziyyətdə İrandan bura gələnlər təkcə mülki insanlar olacaq, yoxsa içərilərində kəşfiyyatçılar da olacaq. Hətta yaranmış vəziyyətdə prosesi qızışdırıb, Ermənistanla Azərbaycan arasında yeni münaqişə dalğasını da yarada bilərlər. Nəticədə region tamamilə nəzarətdən çıxa bilər. Azərbaycan üçün bu müstəvidə ən uğurlu variant İranda dəyişiklik olacaqsa, onun dinc yolla həll olunmasıdır". 

Qeyd edək ki, ekspertlərin fikrincə, ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədilə onun nüvə obyektlərinə qarşı qabaqlayıcı hava hücumlarına icazə verə bilər. Bu barədə "Wall Street Journal” mənbələrə  istinadla məlumat yayıb. 

Məlumata görə, Trampın komandası güclü iqtisadi sanksiyalarla yanaşı, hərbi güc və ya hərbi təhdiddən istifadə etməklə İranı çəkindirmək və nüvə proqramını pozmaq üçün maksimum təzyiq strategiyasını hazırlayır. Bu plan uğursuz olarsa, ABŞ  daha döyüşkən mövqe tuta və birbaşa hərbi güc tətbiq etməklə İranı hədələyə bilər. 

Aydındır ki, İranın nüvə obyektlərinin vurulması və bu ölkəyə hücum ona qonşu bölgələrə, Cənubi Qafqaz, xüsusən də Azərbaycan üçün də ciddi risklər yarada bilər. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri