Icma.az
close
up
RU
İranda tayfa adı, yoxsa xəzərlər yurdu ? Azəri sözü ilə bağlı 700 illik həqiqət

İranda tayfa adı, yoxsa xəzərlər yurdu ? Azəri sözü ilə bağlı 700 illik həqiqət

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son günlərdə “azəri” sözünün istifadəsi və mənşəyi ilə bağlı müzakirələr müşahidə olunur.  Bəzi mülahizələrə görə, “azəri” İranda bir tayfa adıdır və onun Azərbaycanla əlaqəsi olmayıb. Məhz bu səbəbdən də ölkəmizdə həmin ifadəyə aqressiv yanaşılır.

Lakin sözün sadəcə Azərbaycan vətəndaşlarının təqdimatı üçün ölkənin adının qısa versiyası kimi istifadə olunmasına başlanıldığı da deyilir. Bir sıra ekspertlərin fikrincə, digər ölkələrin də adlarının qısa versiyası xalqın kimliyi olaraq təqdim edildiyi üçün bu, normaldır.

“Azəri” sözünün tarixi mənşəyi nəyə əsaslanır? Bu ifadənin Azərbaycan xalqı üçün istifadəsi nə dərəcədə məqsədəuyğundur?

Globalinfo.az-a danışan AMEA-nın əməkdaşı, tarixçi-alim Faiq Ələkbərli bildirib ki, Azərbaycan sözünün tayfa və ya millətlə bağlı olmasına dair müxtəlif mülahizələr mövcuddur:

“Sovet dövründə bu mülahizələr bizə yanlış şəkildə təlqin edilib. Azərbaycan adı “odlar yurdu” kimi ifadə olunub. Habelə, “azər” sözünün farsca “od” və ya İrandilli xalqlardan birinin adı olduğu iddia edilib. Lakin Azərbaycan sözü, əslində, türk mənşəlidir və “Oğuz ərlərinin yurdu” deməkdir. Bunu XIV-XVəsrlərdə, Elxanilər dövründə vəzir olan Fəzulilləh Rəşadəddin düzgün şəkildə ifadə edib. O, Azərbaycanı Oğuz xaqanın torpaqlarının bir hissəsi olaraq, “Oğuz ərlərinin, azərlərin və bəylərin vətən yurdu” olaraq tanıdıb. Bu baxımdan, “oğuz”, “xəzər” və “azər” sözləri arasında bir əlaqə mövcuddur. Daha bir maraqlı nüans ondan ibarətdir ki, Türkmənistandakı türkmənlər bu bölgəni Xəzərbaycan adlandırıblar. Məsələn, XVII əsrdə yaşamış türkmən yazarı “Oğuznamə” əsərində Azərbaycanı bu cür adlandırıb, hətta Koroğlunu xəzərbaycanlı kimi təqdim edib”.


Faiq Ələkbərli

Tarixçi qeyd edib ki, Azərbaycan adı türklük və oğuzluqla sıx bağlıdır:

“Bay” sözü isə ucalığı, gücü və qoruyuculuğu bildirir. Tarixi dövrlərdə, məsələn, Xəzər dövləti zamanında, bu əraziləri türklər idarə edirdi. Yəni Xəzər dənizinin adı da “azər” və “xəzər” sözlərinin bir-birinə bağlı olduğunu göstərir. Bizlərin – azər, qazax, qırğız, özbək və digərlər türk xalqlarının ortaq birləşdirici adı türkdür. Yenidən “azər” və ya “azəri” adlandırılmağımız çətin məsələdir. Çünki hazırda əsasən dövlətin adı ilə “azərbaycanlı” adlandırılırıq, lakin “azər” adının istifadəsində də heç bir problem yoxdur. Əsas odur ki, biz türk xalqı və türk millətinin bir parçasıyıq”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri