Icma.az
close
up
RU
İranda tənqidçilər üçün cəza SİM kartlar bloklanır

İranda tənqidçilər üçün cəza SİM kartlar bloklanır

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran hakimiyyəti tənqidçiləri və vətəndaş cəmiyyəti fəallarını cəzalandırmaq üçün yeni vasitə tapıb –SİM kartları bloklayır. Bu qadağa təkcə mobil rabitədən məhrum olmaq demək deyil.

İranda bank, dövlət, sığorta, məhkəmə və hətta təhsil xidmətlərindən istifadə mobil telefon nömrəsinə və SMS-lə göndərilən birdəfəlik kodlara bağlıdır. Bu səbəbdən şəxsin SİM kartının bloklanması onu bir sıra vacib xidmətlərdən və hüquqlardan faktiki məhrum edir.

Donya Rad adlı qadın deyir, bu yaxınlarda avtomobil sığortasını yeniləyə bilməyib. Yeni qaydaya görə, bundan ötrü dövlətin mənzil portalında yaşayış ünvanını qeydiyyatdan keçirmək tələb olunur. Bu zaman SMS-lə təsdiq kodu göndərilir. SİM kartı bloklandığı üçün Rad həmin kodu ala bilməyib.

Qadın bunu “hər hansı hüquqi ittiham irəli sürülməzdən əvvəl verilən cəza” adlandırıb.

Avtomobil ustası Məhsa Səfayi İnstaqram-da paylaşımlar edir. Üç il əvvəl videolarda baş örtüksüz, qısaqol geyimdə göründüyü üçün SİM kartı bloklanıb.

“Soruşursunuz ki, nəyi səhv etmişəm? Vicdanla zəhmət çəkib pul qazanmlşam. Artıq üç ildir”, - o, videoda deyir.

20 paylaşım tələbi

Konstitusiya hüququ professoru Əli Əkbər Qorci və jurnalist Səidə Şəfiyinin də SİM kartları xəbərdarlıqsız bloklanıb. Blokun ləğvi üçün müraciət edəndə onlardan sosial şəbəkələrdəki bəzi tənqidi paylaşımlarını silmək, İran İslam Respublikasını müdafiə edən 20 paylaşım etmək tələb olunub.

Bu üsul 2022-ci ildə “Qadın, Həyat, Azadlıq” hərəkatı zamanı tətbiq edilməyə başlayıb, 2025-ci ilin iyununda İsraillə 12 günlük müharibədən sonra geniş yayılıb.

İranın “Filterbaan” rəqəmsal hüquqlar təşkilatı SİM kartların bloklanmasını insanları müəyyənləşdirmək, onların imkanlarını məhdudlaşdırmaq vasitəsi adlandırır. Bu zaman məhkəmə çağırışları da insanlara gedib çatmır.

Tanınmış iranlı fotojurnalist Yəlda Moayeri belə bir halla üzləşib. Deyir, bir məsələ ilə bağlı məhkəməyə gedərkən təsadüfən öyrənib ki, işi üzrə məhkəmə iclası təyin olunub. Rəsmilər qiyabi hökm çıxarmazdan əvvəl özlərinin blokladığı telefon nömrəsi ilə onunla əlaqə saxlamağa çalışıblar.

Hüquqi tərəfi

Məsələnin hüquqi əsaslandırmasına gəlincə, hakimiyyət bəzən ölkənin Cinayət-Prosessual Məcəlləsinin 247-ci maddəsinə istinad edib. Həmin maddə şübhəli şəxs barəsində ölkədən çıxış və ya avtomobil idarə etmək qadağasının tətbiqinə imkan verir.

Ancaq fəallar və hüquqşünaslara görə, bu müddəanın şəxsin telefon nömrəsinə çıxışının kəsilməsinə əsas verib-verməməsi ilə bağlı suallar var. Xüsusilə də sıravi vətəndaşlara belə tədbirlər barədə öncədən xəbərdarlıq edilmir.

Niderlandda yaşayan iranlı hüquqşünas Hüseyn Əhmədiniyaz Radio Fərda-ya bildirib ki, İran məhkəmə sisteminin bununla bağlı “heç bir qanuni hüquqi əsası yoxdur”. Onun sözlərinə görə, bu qadağadan insanların azadlıqlarını məhdudlaşdırmaq üçün bəhanə kimi istifadə olunur, fundamental hüquqi prinsipləri pozur.

Əhmədiniyaz deyir, bu praktika insanları ədalətli məhkəmə araşdırması hüququndan məhrum edir, məhkəmə müstəqilliyinin olmadığını göstərir.

“İran İslam Respublikasında qanunun gerçək mənası ola bilməz”, – o deyib.//Azadlıq Radiosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Avqust 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri