İranda Türkiyəni narahat edən hadisə: Fidan həqiqəti anlayın dedi, lakin...
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın mövcud reallıqları düzgün dərk etməyə və həqiqi əməkdaşlıq üçün real səylər göstərməyə ehtiyac duyduğunu bildirib. Nazir hazırda ölkədə davam edən etirazlarla bağlı danışıqların aparıldığını da vurğulayıb.
Fidan bildirib ki, Tehranın qəbul etməyəcəyi şərtlər irəli sürülür, lakin həqiqətləri anlamalı və keçmişi geridə qoymalıdır.
Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, bu açıqlama ilk növbədə İranda mövcud daxili gərginliyin regional riskə çevrilə biləcəyi mesajını verir:
“Fidanın “davam edən etirazlar”’ vurğusu, Türkiyənin İrandakı daxili proseslərin nəzarətdən çıxmasını, uzunmüddətli siyasi qeyri-sabitlik yaranmasını və bu vəziyyətin regiona daşınmasını real təhlükə kimi qiymətləndirdiyini göstərir. Çünki Türkiyə üçün İranın tamamilə içə qapanması və ya sərt repressiya yolunu seçməsi regionda gərginliyi daha da artıra bilər.
Məsələnin bir tərəfi budur. Digər tərəfdən isə Fidanın fikirlərində İranın sərt mövqeyinə yönəlik tənqid açıq şəkildə hiss olunur. Daha dəqiq desək, İran danışıqlarda istər Qərb və region ölkələri ilə münasibətlərdə, istərsə də nüvə məsələsi və sanksiyalar kontekstində maksimalist və güzəştsiz mövqe tutur. Türkiyə isə hesab edir ki, bu yanaşma uzlaşmanı mümkünsüz edir və gərginliyin uzanmasına səbəb olur. Yəni Ankara “yalnız qarşı tərəfi günahlandırmaq yox, öz mövqeyini də dəyişmək lazımdır”, – mesajını verir.
Elnur Ənvəroğlu
Siyasi şərhçi bildirib ki, Türkiyə eyni zamanda İranın regionda ideoloji təsir siyasətindən, proksi qüvvələrə söykənən yanaşmasından, eləcə də ərəb ölkələri və Cənubi Qafqazdakı proseslərdə sərt mövqeyindən uzaqlaşmasını istəyir:
“Bundan əlavə, İran Zəngəzur məsələsinə qarşı da sərt mövqe tutur. Tehran Türkiyə–Azərbaycan tandemini şübhə ilə qarşılayır ki, bu da Ankaranı ciddi şəkildə narahat edir.
İranda baş verə biləcək dərin siyasi sarsıntılar sabah ölkə daxilində fəaliyyət göstərən PKK/PJAK kimi kürd silahlı qruplarının region ölkələrinə, xüsusilə də Türkiyəyə sirayət etməsi riskini artırır. Məhz bu səbəbdən Fidanın verdiyi mesajlar bütün bu təhlükələrə işarə edir”.
Turan Rzayev
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 10 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















