Icma.az
close
up
RU
İranda universitet müəllimləri də ana dilində təhsilin təminini tələb edir: Dini Şura başa düşür ki...

İranda universitet müəllimləri də ana dilində təhsilin təminini tələb edir: Dini Şura başa düşür ki...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İran parlamentinin qeyri-fars dillərin tədrisi ilə bağlı qanun layihəsini qəbul etməməsindən sonra Təbriz Universitetinin müəllimləri İran Prezidenti Məsud Pezeşkiana müraciət ediblər.

Bakıvaxtı.az-ın məlumatına görə, müraciəti imzalayan 192 nəfər İran prezidentindən ana dillərin tədrisini nəzərdə tutan Konstitusiyanın 15-ci maddəsinin icra edilməsini tələb ediblər. Məlumdur ki, fevralın 26-da İran parlamentinin açıq iclasında qeyri-fars dillərin həftədə 2 saat tədrisini nəzərdə tutan qanun layihəsi səsvermədən keçməmişdi. Halbuki, bu məsələ Pezeşkianın seçki vədləri arasında yer almışdı.

Siyasi şərhçi Həsrət Rüstəmov Bakıvaxtı.az-a deyib ki, Cənubi Azərbaycanda insanların öz ana dilində təhsil və sərbəst istifadə edilməsi ilə bağlı tələbləri haqlı olaraq artır.

Ekspert vurğulayıb ki, İran prezidenti Məsud Pezeşkian məhz buna görə məsələnin üzərində durmağa çalışır:

"Bu, həm bir etnik türk olaraq, həm də İranı müasirləşdirməyə çalışan bir siyasətçi kimi Pezeşkiana böyük siyasi divident gətirə bilər. İran dini rəhbərliyi isə bu məsələdə heç cür güzəştə getmək istəmir”.

Həsrət Rüstəmov: Bu addım Pezeşkiana böyük siyasi divident gətirə bilər

Müsahibimizə görə, Dini Şura başa düşür ki, insanların milli hüquqlarını qaytarmaqla onlar gələcəkdə daha çox hüquq tələb edə bilərlər:

“Beləliklə, molla hakimiyyəti üçün çətin durum yarana bilər. Bu baxımdan molla rejimi hər vəchlə bu prosesi tormozlamağa çalışır və bundan sonra da elə edəcək. Amma xalqın davamlı təpkisi və tələblərindən də çox şey asılıdır".

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Mart 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri