İranda yaşayış binasında partlayış olub:
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Qum şəhərindəki Pərdisan yaşayış kompleksində partlayış baş verib.
Missiya.Az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Hadisə nəticəsində binanın birinci mərtəbəsi ciddi şəkildə zədələnib.
Bildirilib ki, paylaşılan görüntülər partlayışın miqyasını və binada yaranan dağıntını açıq şəkildə göstərir.
Qum Fövqəladə Hallar İdarəsini rəisi yerli mediaya açıqlamasında qeyd edib ki, partlayış nəticəsində 7 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib. Hadisənin səbəbi hələlik açıqlanmayıb. Rəsmi qurumlar insidentin səbəblərini araşdırmaq üçün işlərə başlayıb. Hazırda təhlükəsizlik qüvvələri və fövqəladə hallar xidmətləri ərazidə nəzarəti təmin edirlər.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















