Nani Aktobe klubundan ayrılacağını açıqlayıb
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Portuqaliyalı futbolçu Nani Qazaxıstanın "Aktobe" klubundan ayrılacağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, 39 yaşlı cinah oyunçusu bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
O, "Aktobe"nin heyətində son ev oyununu keçirdiyini bildirərək klubda yaşadığı günlərin və Qazaxıstanda gördüyü isti münasibətin xatirəsinin yaddaşında qalacağını vurğulayıb. Futbolçu çempionatda daha bir matçının qaldığını qeyd edib.
Nani bu ilin yanvarında "Aktobe" ilə müqavilə imzalayaraq futbolçu karyerasını bərpa edib. O, Qazaxıstan klubunun heyətində 25 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Nani karyerası ərzində Portuqaliyanın "Sportinq", İngiltərənin "Mançester Yunayted", Türkiyənin "Fənərbağça", ABŞ-nin "Orlando Siti", İspaniyanın "Valensiya" və İtaliyanın "Latsio" klublarında çıxış edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:69
Bu xəbər 26 Oktyabr 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















