Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli 11 ciddi xəstəlik riskinin azalmasına kömək edə bilər. Alimlərin apardığı araşdırma zamanı belə nəticələr əldə olunub.
Məlumdur ki, bitki mənşəli qidalar liflə zəngindir və bu, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Belə qidalanma orqanizm üçün vacib olan vitamin və minerallarla da zəngindir, eyni zamanda daha az yağ və duz ehtiva edə bilər.
30 ildən çox davam edən araşdırmaBeynəlxalq tədqiqatçılar 50 yaşlı təxminən 100 min ABŞ sakininin sağlamlıq vəziyyətini və qidalanma vərdişlərini 30 ildən çox müddətdə izləyiblər. Araşdırmada yaşla əlaqəli 11 geniş yayılmış xəstəliyin yaranması qeydə alınıb.
Bu xəstəliklərə xərçəng, diabet, infarkt, ürək xəstəlikləri, ürək çatışmazlığı, insult, böyrək çatışmazlığı, ağciyər xəstəlikləri, Parkinson xəstəliyi və dağınıq skleroz daxil edilib.
Alimlər iştirakçıların idrak qabiliyyətlərini, eləcə də ümumi fiziki və psixi sağlamlıqlarını da qiymətləndiriblər.
Nəticələr göstərib ki, az yağlı süd məhsullarının da daxil olduğu bitki mənşəli qidalanma rejiminə əməl edənlərin 11 xəstəlikdən yayınmaq və idrak, fiziki və psixi sağlamlıqlarını qorumaq ehtimalı ət əsaslı qidalananlarla müqayisədə 86 faiz daha yüksək olub.
Tamamilə bitki mənşəli qidalanan, süd məhsullarından da istifadə etməyən iştirakçıların isə ciddi sağlamlıq problemlərindən yayınmaq ehtimalı 46 faiz daha yüksək olub.
Hazır yeməklər sağlam qocalma ehtimalını azalda bilərTədqiqatçılar ultraişlənmiş qidaların çox istehlakının da sağlam qocalma ilə əlaqəli göstəricilərə mənfi təsir edə biləcəyini müəyyənləşdiriblər.
Hazır yeməklər, dondurulmuş pizza, qazlı içkilər və hətta supermarketlərdə satılan bəzi çörək növləri kimi məhsulların yüksək miqdarda istehlakı sağlam qocalma ehtimalının 32 faiz aşağı olması ilə əlaqələndirilib.
Araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub. Ekspertlər bu nəticələrin dünya əhalisinin yaşlanmasının sürətləndiyi bir dövrdə əhəmiyyət daşıdığını bildiriblər.
Alimlərin qənaətinə görə, bitki mənşəli qidaların üstünlük təşkil etdiyi, sağlam heyvan mənşəli məhsulların isə ölçülü şəkildə daxil edildiyi qidalanma rejimi ümumi sağlam qocalmağa kömək edə bilər.
Post navigationPrevious: Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 26 Oktyabr 2026 21:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















