Icma.az
close
up
RU
İrandakı hiperinflyasiyanın Azərbaycana təsiri AÇIQLAMA

İrandakı hiperinflyasiyanın Azərbaycana təsiri AÇIQLAMA

Icma.az bildirir, Olke.az portalına istinadən.

Hazırda İranda baş verən son hadisələrdən sonra hiperinflyasiya baş verir. Bu, indi də dünyanın bir çox ölkələsində baş verməkdədir. Hiperinflyasiya isə qiymətlərin çox qısa müddətdə sürətlə yüksəldiyi iqtisadi hadisədir. Əsas nəticəsi isə valyutanın dəyərinin sürətlə düşməsidir.

Hiperinflyasiya, dövlət borclarında defolt ilə, kütləvi iflaslar ilə, pul istifadəsindən imtina ilə və əmanət yığmağın mümkünsüzlüyü səbəbindən əhalinin yoxsullaşması ilə müşayiət oluna bilər.

Bu hiperinfilyasiyanın Azərbaycana hər hansı təhlükəsi varmı? 

İqtisadçı Eldəniz Əmirov Ölkə.az-a açıqlamasında qeyd edib ki, İranda baş verən hiperinflyasiyanın müəyyən qədər təsiri ola bilər:

"Amma Azərbaycanda hiperinflyasiya təhlükəsi yoxdur. İnsanların alış-veriş mərkəzlərində, marketlərdə hiss etdikləri inflyasiya göstəricisi ilə Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan statistikadakı rəqəmlərdə fərqlər məhsul çeşidlərinin sayına görədir. Yəni insanlar daha çox gündəlik ərzaq məhsullarından istifadə etdiyindən, onlarda olan qiymət artımına nəzərən inflyasiyanın yüksək olduğunu qeyd edirlər. Statistika Komitəsi isə təkcə həmin məhsullara görə deyil, 538 adda ərzaq və qeyri-ərzaq qiymətləri üzərində müşahidə olunan qiymət artımlarına nəzərən hesablayır. Yəni bunlardan 538-dən 151-i ərzaq məhsullarıdır, 274-ü isə qeyri-ərzaq məhsullarıdır. Ümumi bu saydan istifadə edilərək inflyasiya göstəriciləri müəyyən edilir.

Buna görə də insanlar, məsələn, hər hansısa bir məhsulu alanda iki dəfə qalxdığını görürsə, Statistika Komitəsinin açıqladığı inflyasiya fərqlidirsə, burada olan, yaranan fərq məhz bundan qaynaqlanır".

Qeyd edək ki, artıq bir neçə gündür ki, paytaxt bazarlarında və topdansatış mərkəzlərində İran istehsalı məhsulların həm qıtlığı, həm də qiymət artımı müşahidə olunur. Satıcılar bildirirlər ki, əgər bir neçə həftə öncə alıcılar bu məhsulları daha münasib qiymətə tapa bilirdilərsə, məhsul qıt olduğundan qiymətlər artıb.

Satıcılar bildirirlər ki, idxalın zəifləməsi ən çox gündəlik tələbat mallarına, xüsusən də yağ və düyü bazarına zərbə vurub. Ehtiyatlar tükəndikcə, qiymətlər də sürətlə artır. 

Ekspertlər hesab edir ki, əgər tədarük bərpa olunmasa, bu qıtlıq digər idxal məhsullarının da süni şəkildə bahalaşmasına səbəb olar bilər.

Həmidə İbrahimova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri