İrandan bu ölkəyə xəbərdarlıq: ABŞ bazalarından istifadə...
Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
İran Rumıniyanı ABŞ-ın ölkə ərazisində yerləşən hərbi bazalardan İrana qarşı hərbi əməliyyatlar üçün istifadə etməsinə icazə verəcəyi halda siyasi və hüquqi məsuliyyət daşıyacağı barədə xəbərdar edib.
Bakupost.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.
“Əgər Rumıniya ABŞ-a öz hərbi bazalarından istifadə etməyə icazə versə, bu, İrana qarşı hərbi təcavüzdə iştirak kimi qiymətləndiriləcək”, – deyə iranlı diplomat vurğulayıb.
Onun sözlərinə görə, belə bir addım beynəlxalq hüquq baxımından qəbuledilməz hesab olunacaq və Rumıniya üçün “beynəlxalq məsuliyyət” yarada bilər.
Qeyd olunur ki, Rumıniyada NATO və ABŞ qüvvələrinin istifadə etdiyi bir neçə hərbi obyekt mövcuddur və ölkə alyansın Qara dəniz regionundakı əsas hərbi-logistik mərkəzlərindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:İrandan iki ölkəyə xəbərdarlıq: “Müdaxilə olsa...”
09 Dekabr 2024 17:06
İrandan iki ölkəyə xəbərdarlıq: Müdaxilə olsa...
09 Dekabr 2024 19:50
İrandan üç ölkəyə xəbərdarlıq: Cavabımız sərt olacaq
06 İyun 2025 15:50
İrandan vətəndaşlarına çağırış: Bu ölkəyə getməyin!
23 Dekabr 2024 21:59
İrandan bu ölkəyə cavab: səfiri qovdu
04 Sentyabr 2025 18:16
Baxış sayı:163
Bu xəbər 16 Mart 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















