Icma.az
close
up
RU
İrandan dəhşətli görüntülər! Ölənlərin sayı 544 ə yüksəldi… Xameneidən paylaşım

İrandan dəhşətli görüntülər! Ölənlərin sayı 544 ə yüksəldi… Xameneidən paylaşım

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranda həyat bahalılığı ilə başlayıb hökumət əleyhinə etirazlara çevrilən aksiyalar zamanı ölənlərin sayının ən azı 544 nəfərə çatdığı, on minlərlə insanın isə saxlanıldığı bildirilib. Digər tərəfdən, ölkədə bir xəstəxananın qarşısında üst-üstə yığılmış cəsəd torbaları görənləri sözün əsl mənasında şoka salıb.

Sherg.az xəbər verir ki, İranda 28 dekabr 2025-ci ildə həyat bahalılığına etiraz olaraq başlayan və sonradan hökumət əleyhinə yönələn aksiyalar davam edir. ABŞ mərkəzli qeyri-hökumət təşkilatı İran İnsan Haqları Aktivistləri (HRA) etirazlar zamanı zorakılıq nəticəsində yaranan itkilərlə bağlı açıqlama verib.

HRA-nın son açıqlamasında etirazlar zamanı həyatını itirənlərin sayının ən azı 544 nəfərə yüksəldiyi qeyd olunub. Bildirilib ki, ölənlərdən 483-ü etirazçı, 47-si təhlükəsizlik qüvvələrinin əməkdaşı, 8-i uşaq, 5-i etirazlara qatılmayan mülki şəxs, 1-i isə hökumət adından çalışan prokurordur. Həmçinin 579 ölüm faktının araşdırma mərhələsində olduğu vurğulanıb.

Açıqlamada etirazların ölkə üzrə 186 şəhər və 31 bölgədə, 585 fərqli nöqtəyə yayıldığı, saxlanılanların sayının isə 10 min 681 nəfərə çatdığı bildirilib.

HRA daha əvvəl etirazlar zamanı, o cümlədən 8 uşaq olmaqla, ən azı 490 nəfərin həlak olduğunu, 10 min 675 nəfərin saxlanıldığını iddia etmişdi. İran İnqilab Keşikçilərinə bağlı Tasnim xəbər agentliyi isə İsfahan əyalətindəki etirazlar zamanı 30 təhlükəsizlik əməkdaşının öldüyünü, ölkə üzrə ölən təhlükəsizlik personalının sayının isə ən azı 109 nəfər olduğunu açıqlamışdı.

Digər tərəfdən, İranda bir xəstəxananın qarşısında yığılan cəsəd torbaları ictimaiyyətdə böyük sarsıntı yaradıb. Məlumata görə, həyətdə yüzdən artıq cəsəd torbası olub.

Nyu-York mərkəzli İran İnsan Haqları Mərkəzi (CHRI) ölkədəki son vəziyyətlə bağlı “kütləvi qırğın” xəbərdarlığı edib. CHRI təhlükəsizlik qüvvələrinin etirazçıları rezin güllə, saçma və real güllələrlə vurduğunu, bir çox şəxsin xüsusilə göz nahiyəsindən hədəfə alındığını bildirib.

Şahidlər snayperlərin, hərbi tüfənglərin və müşahidə dronlarının da istifadə edildiyini deyiblər. Açıqlamada “Bir qırğın yaşanır. Dünya daha çox itkinin qarşısını almaq üçün dərhal hərəkətə keçməlidir” çağırışı yer alıb.

İranın xarici işlər naziri Abbas Arakçi etirazlar səbəbilə kəsilən internetin tezliklə bərpa ediləcəyini açıqlayıb.

Arakçi etirazlarla bağlı deyib: “Müharibəyə də hazırıq, dialoqa da.” O, ABŞ Prezidenti Donald Trampın etirazların qanlı xarakter alacağı təqdirdə Tehrana qarşı hərbi müdaxilə xəbərdarlığının, etirazçıları və təhlükəsizlik qüvvələrini hədəfə alan “terrorçuları” və xarici müdaxiləni təşviq edəcəyini söyləyib.

Bundan başqa, İranda ABŞ və İsrailə qarşı “milli müqavimətdə həlak olanlar” üçün ölkə üzrə 3 günlük matəm elan edildiyi bildirilib.

İranın ali dini lideri Əli Xamenei etirazlar və ABŞ-la artan gərginlik fonunda paylaşım edib. O, paylaşımında belə deyib:

“Orada təkəbbür və qürurla oturub bütün dünyanı mühakimə edən o ata bilməlidir ki, Firon, Nəmrud, Rza xan, Məhəmməd Rza və bənzərləri kimi dünyanın tiranları və təkəbbürlü insanları adətən qürurlarının zirvəsində olduqları vaxt devriliblər. Bu da devriləcək.”

ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıdarkən, Air Force One təyyarəsində jurnalistlərin suallarını cavablandırıb. Tramp İranın “qırmızı xətti aşmağa başladığını” bildirib və Tehran rəhbərliyinə qarşı “nə vaxt, harada və necə” hərəkət ediləcəyi ilə bağlı şərh verməyəcəyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Yanvar 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri