İrandan sonra Türkiyə də bu sıraya qoşuldu
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ərdoğanın baş müşaviri Oqtay Saralın məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz olaraq, “hicablı tələbələrin təhsil hüququnun əngəllənməsi qəbul edilməzdir” açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə, eyni zamanda, baş verənlərin “hicab qadağası” kimi təqdim edilməsi deməkdir. Belə müdaxilələri – çağırışları adətən İrandan eşitmişik, indi qardaş Türkiyənin də bu sıraya qoşulması regionda dini-ideoloji planlara diqqət çəkir. Və Azərbaycanın dünyəvi təhsil sistemi üzərində xüsusilə dayanmasında bu amillərin rol oynadığı istisna edilməməlidir. Bu, daha geniş mövzudur.
Türkiyədən ən təhlükəli açıqlamanı isə Anadolu Aslanları İş Adamları Dərnəyi (ASKON) verib. Şirkət bəyan edib ki, “Azərbaycanda baş örtüyünə görə məktəbə gedə bilməyən şagirdlərin Türkiyədə təhsilinin davam etdirilməsi və yaşamasını təmin etməyə hazırıq”.
ASKON Türkiyə hakimiyyətinə yaxın şirkətdir. Bu şirkətin verdiyi açıqlama – məktəbli geyimini qəbul etməyən şagirdlərin Türkiyədə təhsil almasını təşkil etmək istəyi nə deməkdir?
1. Azərbayca dövlətinin vahid məktəbli forması qərarına açıq şəkildə müdaxilədir;
2. Qərara əməl edilməsi və tam icra olunması perspektivlərini sıradan çıxarmaqdır;
ASKON-nun təqdim etdiyi seçim Azərbaycanda açıq şəkildə itaətsizliyə çağırış hesab oluna bilər.
Bu təklifin-planın Türkiyə hakimiyyətinin yanaşması olduğu istisna edilməməlidir, xüsusilə Oqtay Saralın açıqlaması fonunda. Və kifayət qədər təhlükəli mövqedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















