İrandan xiyar idxalı 16% artıb Marketlərdə dəfələrlə baha satılır
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin ilk 2 ayı ərzində Azərbaycan İrandan ümumi dəyəri 1 milyon 306 min dollar olan 2 min 374 ton xiyar idxal edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İrandan idxal olunan 1 kiloqram xiyarın orta gömrük dəyəri 55 sent (94 qəpik) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 2 ayında İrandan idxal edilən xiyar 16% və ya 323 ton çox olub.
Məlumat üçün onu da bildirək ki, bu ilin yanvar ayında ölkənin pərakəndə satış məntəqələrində idxal olunan xiyarın orta satış qiyməti 2,07 manat, fevral ayında 1,99 manat, mart ayında isə 2,39 manat olub. Açıqlanan rəsmi məlumatlardan da göründüyü kimi, idxal olunan xiyar market və dükanlarda gömrük dəyərindən dəfələrlə baha satılıb.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Marqarin idxalı kəskin artıb Marketlərdə 2,6 dəfə baha satılır
16 İyul 2025 17:38
İrandan 85 qəpiyə gətirilən badımcan marketlərdə 2 manata satılır
17 Fevral 2025 13:44
Xaricdən 12 qəpiyə gətirilən saqqızlar marketlərdə dəfələrlə baha satılır Siyahı
12 İyun 2026 14:29
Marketlərdə saxta yumurta satılır? AÇIQLAMA
02 Mart 2026 10:11
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır
29 Noyabr 2024 16:37
Baxış sayı:138
Bu xəbər 20 Aprel 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















