İrandan yeni təhdid: Qlobal ixrac dəhlizlərini bağlamaqla hədələyir
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ştatlar və onun müttəfiqlərinə xeyir gətirən bütün ixrac dəhlizlərini bağlayacağı ilə bağlı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, bu addım ABŞ-nin Hörmüz boğazında dəniz blokadasını bərpa etməsinə cavab tədbiri kimi dəyərləndirilir.
"Bölgənin enerjidaşıyıcılarının ixracı ya hamı arasında bölünəcək, ya da heç kim ondan yararlana bilməyəcək", - deyə bəyanatda qeyd olunub.
Agentliyin analitiklərinin fikrincə, rəsmi Tehran bu məqsədini Yəməndəki husi müttəfiqləri vasitəsilə həyata keçirməyi planlaşdırır. Onlar Qırmızı dənizə gedən yolda Bab əl-Məndəb boğazını bağlamaqla Vaşinqtona qarşı yeni cəbhə aça bilərlər. Nəticədə dünyanın iki ən mühüm enerji marşrutu təhlükə altına düşəcək. Belə ki, həmin dəniz yolu Qırmızı dənizi qlobal gəmiçiliyin böyük bir hissəsinin həyata keçirildiyi və Səudiyyə Ərəbistanından neftin daşındığı Ədən körfəzi ilə birləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 15 İyul 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















