Icma.az
close
up
RU
İranı “ağ bayraq” qaldırmağa vadar edə bilməyən ABŞ “xaos planı”nı işə salır

İranı “ağ bayraq” qaldırmağa vadar edə bilməyən ABŞ “xaos planı”nı işə salır

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail və ABŞ-nin İrana qarşı müharibənin gedişatında qısa zamanda gözlədiyi nəticəni əldə edə bilməməsi  münaqişənin uzanmasına, onun coğrafiyasının genişlənməsinə, eyni zamanda fərqli oyunçuların  prosesə daha ciddi şəkildə müdaxiləsinə imkanlar yaradır ki, bu da təkcə Yaxın Şərqi deyil, qlobal təhlükəsizliyə ciddi təhdidlər yaradır. 

ABŞ prezidenti Donlad Trampın proseslərin gedişi ilə bağlı bir-birinə uyğun gəlməyən, bir çox hallarda qeyri-ciddi, proqnozlaşdırılması mümkün olmayan bəyanatlar səsləndirməsi isə onu deməyə əsas verir ki, planlarını gerçəkləşdirə bilməyən Ağ Ev administrasiyası xaos planını işə salır. Ağ Ev rəhbəri Donald Tramp istər Rusiya-Ukrayna, istər Çin-Tayvan, istər İranın nüvə danışıqlarında, istər Yaxın Şərqdə və digər istiqamətlərdə verdiyi vədləri yerinə yetirə bilmədiyini görəndə məqsədli şəkildə xaos planına əl atır. Bu yolla Ağ Ev həm üzləşdiyi uğrusuzluqdan diqqəti yayındırır, həm də idarəolunan xaos və böhranla yaxın və uzaq vədədə planlarını reallaşdırmağa çalışır. 

Bu baxımdan Rusiya-Ukrayna, Çin-Tayvan, İsrail-İran müharibəsi və Yaxın Şərq böhranında oxşarlıqlar, paralelliklər və fərqliliklər mövcuddur.

Oxşarlıq ondan ibarətdir ki, Rusiya Ukraynaya hücum etdiyi ilk gündə beynəlxalq aləm Moskvanın müharibənin taleyini qısa zamanda həll edəcəyini düşündüyündən susqunluq nümayiş etdirdi. Lakin Moskva niyyətinə çata bilməyəndə digər maraqlı güclər dövriyyəyə girməklə münaqişənin qloballaşdırmasına başladılar. Nəticədə göz qabağında... Uğurlu nəticəyə hesablanmayan yanlış strategiya sonda həm Rusiya, həm də Qərbi çıxılmaz duruma salıb. Ortada isə alver predmeti olan Ukrayna dövləti və xalqı bunun ağır bədəlini ödəməkdədir. Ukrayna dövlətçiliyinin gələcək taleyi və mövcudluğu dilemma qarşısındadır. Çünki Ukraynanı müharibəyə sürükləyən qüvvələr indi ona savaş meydanında lazımi dəstəyi vermək iqtidarında olmadığından Kiyev nə “ağ bayraq” qaldıra, nə də savaşı davam etdirə bilir. Müharibəni davam etdirməyə gücü yoxdur.

Rusiya da çıxılmaz durumdadır. İran, Şimali Koreya, Çin  Moskvaya nə qədər dəstək versə də,  bu dəstək qələbəni təmin etməyə imkan vermir.

Eyni fikirləri İsrail-İran müharibəsinə şamil etmək olar. İsrail müharibənin ilk 3 günündə böyük üstünlüyə malik idi. Beynəlxalq aləm də tez bir zamanda nəticə gözləyirdi. Amma Tehranın qısa müddətdə özünü toparlayaraq əks-hücuma keçməsi ilə vəziyyəti dəyişə bildi. Vəziyyətin dəyişməsi ilə regional və qlobal güclərin müdaxiləsi ilə İsrail-İran müharibəsində yeni situasiya yaranmaqdadır. Yeni situasiyanın nəticəsində İsrail və ABŞ müharibənin ilk günlərində səsləndirdiyi bəyanatlardan və mövqelərdən geri çəkilməkdədir. 
Rusiya-Ukrayna müharibəsində olduğu kimi, regional və qlobal güclər idarəolunan xaos və böhran planına uyğun olaraq İsrail-İran müharibəsində dövriyyəyə girməklə bölgədə maraqlarını, öz varlıqlarını təmin edib güclərini nümayiş etdirmək üçün rəqabət savaşına giriblər.

İsrail-İran müharbəsinin uzanması münaqişə tərəflərinin nə qədər maraqlarına zidd olsa da, yaranmış yeni situasiya həm də iki tərəfin marağına uyğundur.  

İran:
Tehran münaqişənin uzanmasından vaxt qazanıb özünü toparlayıb yenidən gücünü səfərbər etməklə məğlub vəziyyətdən çıxmağa çalışır. Müharibə zamanı itirilən imicini hansısa formada bərpa etməyə çalışır. Tehran onu da yaxşı anlayır ki, iyunun 13-dək olan vəziyyətə qayıtmaq və onu bərpa etmək mümkün olmayacaq. 13 iyundan sonra Tehran tamamilə yeni reallıqlarla üzləşib və manevrlər etməklə buna uyğun addıma atmalıdır. Əks təqdirdə böhranı daha da dərinləşdirə bilər.

İsrail:

İsrail tərəfi ilk günlərdə əldə etdiyi üstün hərbi psixoloji səbəbindən elə bir eyforik vəziyyətə düşüdü ki, hətta bu əməliyyatın İranla bitməyəcəni, növbədə Türkiyə və Pakistanın olması barədə sərsəm ifadələr səsləndirdilər. Təbii ki, bu qeyri-real görünürdü. Belə fikirlər müharibə coğrafiyasının genişlənməsinə, bölgənin idarəolunmaz bir xaosa və fəlakətə sürüklənməsinə xidmət edirdi. Amma plan baş tutmadı. Düzdür, İsrail tərəfi geri çəkilsə də, belə bir niyyətlərinin olması hamıya bəllidir.

İsrail qısa zamanda İran planını tam reallaşdıra bilməsə də, Tehranın siyasi imicinə, həmçinin iqtisadiyyatına, hərbi sənayesinə və nüvə infrastrukturuna çox ciddi zərbə vurdu. Təbii ki, İran da əks həmlələrlə İsrail qədər olmasa da, ziyana məruz qoydu. Məhz İranın əks həmlələrindən, regional və qlobal güclərin prosesə müdaxiləsindən sonra İsrail geri çəkilməli oldu. 

İsrail növbəti mərhələdə beynəlxalq koalisiya yaratmaqla paralel olaraq İranla da yaxınlığı ilə seçilən Rusiya və digər ölkələrin rolundan faydalanmaqla Tehrana təzyiqlərini davam etdirib planlarını reallaşdırmağa çalışır.

İsrail həm də bununla diqqəti Qəzzada, Livanda, Suriyada mövqelərini möhkəmlətməyə çalışır.

Amma proseslərin gözlənilməz istiqamətdə inkişaf edə bilər. Bu ABŞ-nin, daha doğrusu, prezident Donald Trampın mövqeyindən asılı olacaq. Çünki Trampın atacağı addımları proqnozlaşdırmaq qeyri-mümkündür. O həm qarşıya qoyduğu hədəflərə nail olmaq, həm də verdiyi vədləri yerinə yetirə bilməməsi nəticəsində itirilən nüfuzunu bərpa etmək üçün gözlənilməz qərarlar verə bilər. Amma onu da unutmaq lazım deyil ki, Trampın komandasında belə İranla bağlı vahid mövqe yoxdur. ABŞ Konqresində də bu məsələdə fikir ayrılıqları mövcuddur. Lakin Tramp bir çox hallarda fikir ayrılıqlarına baxmayaraq qərarlar da verə bilər və belə praktika mövcuddur. Ona görə də hamı Trampın verəcəyi qərarı gözləyir.

Rusiya-Ukrayna, İsrail-İran müharibəsi yeni dünya düzəni uğrunda gedən mübarizənin tərkib hissəsidir. Hər ikisində oyunçular cüzi fərqlərlə demək olar ki, eynidir.

Fərqliliyə gəldikdə coğrafiya, Rusiya-Ukrayna müharibəsində qarşı-qarşıya olan güclərin İsrail-İran məsələsində maraqlarının üst-üstə düşməsidir. 

Onu da qeyd etmək yerinə düşər ki, İsrail-İran müharibəsi Moskvanın birbaşa maraqlarına xidmət edir. Moskva susqunluq nümayiş etdirib münaqişənin uzanması ilə diqqəti Ukrayna cəbhəsindən yayındırır.  Moskva son günlərdə Ukraynaya hücumları intensivləşdirsə də, İsrail-İran müharibəsi fonunda bu kölgədə qalıb. 

Digər mühüm məqam isə Rusiya İsrail-İran müharibəsindən yararlanaraq geosiyasi maraqlarının təmin edilməsi üçün bazarlıq edəcək. 

Lakin Tehran da yaranmış bu situasiyadan faydalanaraq “ağ bayraq” qaldırmağı yox, dirəniş göstərib prosesləri maksimum öz xeyrinə yönəltməyə çalışır.

Mürtəza
Ölkə.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://olke.az
archiveBu xəbər 20 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see263

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see166

“Rusiyanın Ermənistanda xüsusi qrupu fəaliyyət göstərir...” “Qurumların 70 faizdən çoxu Kremlin nəzarətindədir ”

21 Sentyabr 2025 13:04see145

Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib

21 Sentyabr 2025 07:38see144

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see138

Tanınmış müğənnidən ŞOK AÇIQLAMA: Ayda 30 manata şərh yazırlar

21 Sentyabr 2025 13:54see137

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see135

Səhər bu qidanı yemək zərəlidir Xəbərdarlıq

21 Sentyabr 2025 04:04see134

Gənc oğlan və qızlar arasında UÇURUM Niyə biri biriləri ilə YOLA GETMİRLƏR?

21 Sentyabr 2025 14:02see134

Dövlət Suverenliyi Günü münasibətilə Xankəndi şəhərinə mediatur təşkil olunub FOTOLAR

21 Sentyabr 2025 10:09see133

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see128

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see127

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see120

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see117

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see116

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see116

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see116

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see115

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri