Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

İranı hansı ssenari gözləyir? ŞƏRH

İranı hansı ssenari gözləyir? ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“İranda son günlərdə başlayan və getdikcə şiddətlənən etiraz aksiyaları artıq klassik sosial narazılıq çərçivəsindən çıxaraq çoxölçülü siyasi və idarəetmə böhranına çevrilməkdədir. Hakimiyyətin bütün təhlükəsizlik və inzibati resurslarını səfərbər etməsinə baxmayaraq, etirazların nəzarət altına alınmaması onu göstərir ki, mövcud böhranın kökü daha dərin və sistem xarakterlidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Mürtəza Bünyadlı İranda baş verən etiraz aksiyalarını şərh edərkən deyib:

“Əsas səbəb ölkəni bürüyən ağır sosial-iqtisadi kollapsdır. İnflyasiyanın sürətlə dərinləşərək faktiki olaraq hiperinflyasiya mərhələsinə çatması, milli valyutanın dəyərsizləşməsi, əhalinin alıcılıq qabiliyyətinin kəskin azalması və işsizliyin artması cəmiyyətdə yığılan narazılığı partlayış nöqtəsinə gətirib çıxarıb. Artıq proseslər təkcə sosial müstəvidə deyil, siyasi və idarəetmə böhranı mərhələsindədir. Nəticədə dövlət institutlarının funksionallığı ciddi şəkildə zəifləyib, bəzi sahələrdə isə faktiki iflic vəziyyəti yaranıb.

Proseslərin bu qədər sürətlə dərinləşməsində xarici faktorların, xüsusilə ABŞ-ın mövqeyi mühüm rol oynayır. Vaşinqtonun İranda baş verən aksiyalara açıq və ya dolayı dəstək verməsi, rejim dəyişikliyi ssenarilərinə maraq göstərməsi artıq gizli deyil. Bu yanaşma Tramp administrasiyasının xarici siyasət doktrinası ilə tam uyğunluq təşkil edir.

Qərb ölkələri uzun müddətdir alternativ və bərpaolunan enerjini prioritet elan etsə də, Trampın rəhbərlik etdiyi Ağ Ev üçün əsas hədəf ənənəvi enerji resurslarıdır. Məhz buna görə də Tramp hakimiyyətə gəldiyi ilk günlərdən etibarən neft və qazla zəngin bölgələr üzərində nəzarəti gücləndirmək xəttini yürüdür. Arktika, Qrenlandiya, Kanada, Venesuela və İran bu strategiyanın bariz nümunələridir.

İran neft ehtiyatlarına görə dünyada üçüncü yerdə qərarlaşır, təbii qaz ehtiyatlarına görə isə qlobal liderlər sırasındadır. Bu amil Tehranın ABŞ üçün təkcə siyasi deyil, həm də strateji enerji hədəfinə çevrilməsini şərtləndirir. Trampın Venesueladan sonra əsas diqqət mərkəzinə Qrenlandiya və İranın düşməsi də təsadüfi deyil. Hər iki bölgədə baş verən son hadisələr bunu aydın şəkildə göstərir.

Bundan əlavə, ABŞ-ın digər mühüm hədəfi Şimal-Cənub və Şərq-Qərb nəqliyyat-logistika dəhlizləri üzərində nəzarəti təmin etməkdir. İran isə bu planların reallaşmasında ciddi maneə rolunu oynayır və Vaşinqtonun strateji hesablamalarında “problemli düyün” kimi çıxış edir”.

O qeyd edib ki, hazırkı mərhələdə İranda rejim dəyişikliyi ssenariləri son dərəcə risklidir:

“Birincisi, belə bir dəyişiklik baş verərsə, Qərbin real dəstək verə biləcəyi və ölkə daxilində prosesləri nəzarətdə saxlaya biləcək güclü siyasi qüvvə mövcud deyil. Bu isə ölkənin xaosa sürüklənməsi ehtimalını xeyli artırır.

ABŞ və İsrailin şah rejiminin varisi kimi təqdim edilən Rza Pəhləvini ön plana çıxarmaq cəhdləri ilk baxışda mümkün ssenari kimi görünsə də, reallıqda bu variant inandırıcı deyil. Rza Pəhləvi İranda, xüsusən də Azərbaycan türkləri arasında geniş qəbul edilən fiqur deyil. Bu səbəbdən onun hakimiyyətə gətirilməsi daxili legitimlik problemi yaradacaq.

Mövcud mərhələdə Rza Pəhləvinin dəstəklənməsi daha çox xaricdə yaşayan mühacir iranlıları səfərbər etmək və informasiya-psixoloji təsir mexanizmi yaratmaq məqsədi daşıyır. Lakin Venesuela təcrübəsi göstərir ki, real daxili dayaqları olmayan fiqurlar üzərindən rejim dəyişikliyi planları uğursuzluğa məhkumdur. Yəni hazırkı mərhələdə mövcud rejimi əvəz edə biləcək ciddi siyasi alternativ yoxdur.

İkinci və daha optimal variant İranda mövcud siyasi elita daxilində islahatçı qanada dəstək verərək rejimi ABŞ və İsrailin şərtləri çərçivəsində danışıqlara cəlb etməkdir. Bu baxımdan hazırkı prezident Məsud Pezeşkian və onu dəstəkləyən islahatçılar ən məqbul variant kimi görünür.

Pezeşkian istər seçkiöncəsi dövrdə, istərsə də prezident seçildikdən sonra dəfələrlə mövcud sərt siyasi xəttdən imtina olunmasının tərəfdarı olduğunu açıq şəkildə bəyan edib. Onun əsas hədəfi İranı beynəlxalq təcriddən çıxarmaq, Qərblə münasibətləri normallaşdırmaq və ölkəni iqtisadi böhrandan xilas etməkdir.

Təsadüfi deyil ki, İranın ali rəhbəri Ayətullah Seyyid Əli Xameneinin Pezeşkianı dəstəkləməsinin əsas səbəblərindən biri də məhz Qərbin təzyiqlərini azaltmaq və sistemi daxildən transformasiya etmək niyyəti ilə bağlıdır. Pezeşkian seçildiyi dövrdə onu SSRİ-nin Qorbaçovu ilə müqayisə edərək “İranın Qorbaçovu ola bilərmi?” sualını gündəmə gətirməyimiz də bu kontekstdə təsadüfi deyildi.

Üçüncü ssenari isə Tehranın sərt siyasi ritorikadan və konfrontasiya xəttindən imtina etməməsi halında baş verə biləcək ağır nəticələrlə bağlıdır. Bu yol ölkəni daha ciddi fəlakətlərə, o cümlədən vətəndaş müharibəsi və hətta parçalanma riskinə qədər apara bilər. Belə bir inkişaf təkcə İran üçün deyil, bütövlükdə Yaxın Şərq və Avrasiya bölgəsi üçün ciddi təhlükələr yaradacaq”.

Siyasi şərhçi hesab edir ki, İran üzləşdiyi böhrandan yalnız ABŞ-ın müəyyən şərtləri daxilində çıxış yolu tapa bilər.

“Əks halda ölkəni uzunmüddətli qeyri-sabitlik, iqtisadi tənəzzül və daxili qarşıdurmalar gözləyir. Bu məsələ təkcə İranın Çin və Rusiya ilə eyni cəbhədə yer alması və ya nüvə proqramı ilə bağlı deyil. Əsas amillərdən biri də ölkənin zəngin enerji və qiymətli yeraltı təbii ehtiyatlara malik olmasıdır.

İran hadisələri bir daha sübut edir ki, Yaxın Şərqdə daxili sosial proseslər artıq yalnız milli çərçivədə formalaşmır. Bu proseslər qlobal güclərin strateji hesablamaları ilə sıx şəkildə iç-içə keçib. ABŞ-ın regiona yenidən qayıdaraq Yaxın Şərq və Avrasiya məkanında mütləq hegemonluq əldə etmək istəyi isə qarşıdakı dövrdə rəqabətin daha da sərtləşəcəyini göstərir.

Aksiyaların şiddətlənməsinə baxmayaraq, hazırkı mərhələdə İranda etirazların qısa müddətdə rejim dəyişikliyi ilə nəticələnəcəyi ehtimalı aşağı qiymətləndirilir. Bununla belə, sosial-iqtisadi böhranın dərinləşməsi, beynəlxalq təzyiqlər və regional qarşıdurmaların kəsişməsi ölkəni uzunmüddətli qeyri-sabitlik riskləri ilə üz-üzə qoyur. Bu isə İranın və bütövlükdə regionun gələcək taleyini daha mürəkkəb və proqnozlaşdırılması çətin edir”.

Qeyd edək ki, İranda iqtisadi gərginliyə görə kütləvi aksiyalar davam edir.

Ölkədə iqtisadi böhran fonunda ötən həftə başlayan aksiyalar hazırda ölkənin 31 əyalətindən 27-də davam edir. Yayılan məlumatlarda 20 nəfərin öldüyü bildirilmişdir.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Yanvar 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see668

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see473

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see262

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see257

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see246

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see235

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see232

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see230

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see227

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see227

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see225

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see213

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see208

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see204

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see202

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see196

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see195

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see194

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see188

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri