Icma.az
close
up
RU
Tramp İranı necə cəzalandıracaq? (ŞƏRH)

Tramp İranı necə cəzalandıracaq? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"İran rejimi ABŞ-la danışıqlara getməyəcək, ancaq bu, ona baha başa gələcək".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov İranın dini dini lideri Seyid Əli Xameneinin Tehranın ABŞ-la danışıqlara getməyəcəyi barədə bəyanatını şərh edərkən deyib.

Azər Qasımov bildirib ki, Trampın hakimiyyətə gəlməsilə İranın nüvə proqramının dayandırılması istiqamətində hərəkətə keçəcəyi əvvəlcədən gözlənilən idi:

"Keçən hakimiyyəti dövründə də Tramp İranla danışıqlar masasından çəkilmişdi. Artıq İrana qarşı ciddi addımların atılacağının mesajları verilir".

Ekspert İran rejiminin ABŞ-la, xüsusən də, Trampla danışıqlar aparmasını mümkünsüz hesab edir:

"Bu, mümkün deyil. Məsələ ondadır ki, İran danışıqlarda ABŞ-ın öz şərtlərini diktə edəcəyini yaxşı bilir. İran da bunu qəbul etməyəcək, yəni danışıqların nəticəsi öncədən bəllidir. Odur ki, Tehran danışıqlara getməyin əbəs olduğu qənaətindədir. İran tərəfindən verilən açıqlamadan da bu görünür".


Ekspert qeyd edir ki, İran hələlik Trampın dünyada başlatdığı avantüranın nəticələrini izləməklə məşğuldur:

"Çünki bu, gələcək planlar üçün vacibdir. Hələlik Ukrayna-Rusiya müharibəsinin dayandırılması məsələsi əsas göstərici olacaq. Trampın imici bundan çox asılıdır. Tramp isə proqnoz edilməyən insandır".

Həmsöhbətimiz hesab edir ki, İran razılığa gəlməsə güclü zərbələrə məruz qalacaq:

"Tramp da bunun xəbərdarlığını edib. İlk növbədə hərbi müdaxilədən başlanılacağına ehtimal olmasa da, iqtisadi təzyiqlərin önə çıxması mümkündür".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran dini lideri Seyid Əli Xameneiyə nüvə məsələsilə bağlı danışıqlara başlamaq üçün məktub göndərdiyini bildirib.

"İranla problemi həll etməyin iki yolu var: hərbi yolla və ya razılaşma yolu ilə. Mən razılaşmaya üstünlük verirəm, çünki İran xalqını incitmək istəmirəm", deyə Tramp qeyd edib. 

Ona cavab olaraq, Xamenei bəyan edib ki, İran ABŞ ilə danışıqlara getməyəcək, çünki Vaşinqton yalnız öz maraqlarını düşünür. Dini lider hətta Trampdan məktub almadığını da deyib:

"Bəzi vicdansız hökumətlər problemləri həll etmək üçün deyil, öz maraqlarını sırımaq üçün danışıqlar aparırlar. İran İslam Respublikası, şübhəsiz ki, onların ümidlərini doğrultmayacaq".

Rüfət Sultan


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see683

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see374

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see238

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see216

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see191

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see189

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see188

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see183

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see182

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see182

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see181

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see177

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see176

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see174

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see173

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see172

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see170

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see170

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri