Icma.az
close
up
RU
İranın 11 vilayətinin qaz təchizatında problem yarana bilər

İranın 11 vilayətinin qaz təchizatında problem yarana bilər

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

İran Milli Qaz Şirkəti qarşıdan gələn qışda ölkənin 11 vilayətində qaz təchizatı ilə bağlı problemlərin yarana biləcəyi barədə xəbərdarlıq edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Milli Qaz Şirkətinin qaz təchizatının əlaqələndirilməsi üzrə idarəsinin müdiri Hoşəng Seydalı ISNA-ya bildirib.

Onun sözlərinə görə, martın 18-dəki hücum zamanı ölkənin dörd qaz emalı zavodunun zədələnməsi nəticəsində gündəlik qaz hasilatı gücünün təxminən 230 milyon kubmetri sıradan çıxıb. Bu həcmdən indiyədək təxminən 100 milyon kubmetr bərpa edilib.

Hoşəng Seydalının qeyd edib ki, yaranmış vəziyyət ötən illə müqayisədə ölkədə qaz təchizatı ilə istehlak arasındakı fərqi daha 130 milyon kubmetr artırıb. İlkin proqnozlara əsasən, qışda təxminən 11 vilayətdə qaz təchizatı ilə bağlı çətinliklər yarana bilər.

O vurğulayıb ki, Milli Qaz Şirkətinin əsas prioriteti abonentlərin qazının kəsilməsinin qarşısını almaqdır. Məhdudiyyət yaranacağı təqdirdə, dövlətin digər qurumları ilə koordinasiya və planlaşdırma yolu ilə əhaliyə dəyəcək zərərin minimuma endirilməsinə, mümkün olduqda isə alternativ yanacaq təminatına çalışılacaq.
İran Milli Qaz Şirkətinin rəsmisi sənayenin qazla təminatına da toxunub. O qeyd edib ki, istehlakın pik dövründə məişət sektorunun qaz təchizatında problem yaranmaması üçün sənaye müəssisələrinə məhdudiyyətlər tətbiq oluna bilər.
Onun sözlərinə görə, sənaye müəssisələri ilə bağlanan qaz təchizatı müqavilələri elə tənzimlənib ki, onlar ilin səkkiz ayı ərzində qaz alır, digər dörd ayda isə alternativ yanacaqdan istifadə edirlər.
Seydalı istehlakın idarə olunmasının və istehlak modelinin dəyişdirilməsinin vacibliyini vurğulayaraq bildirib ki, ötən il İranın gündəlik qaz hasilatı təxminən 820–830 milyon kubmetr olub. Lakin zavodlara dəyən ziyan nəticəsində əvvəlki dövrlə müqayisədə gündəlik hasilat gücünün təxminən 130 milyon kubmetri əlçatmaz olub.
O əlavə edib ki, buna baxmayaraq, gündəlik 700 milyon kubmetrdən çox qaz hasilatı çox böyük göstəricidir və dünyanın bir çox ölkəsi belə həcmə sahib olmağı arzulayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://apa.az
archiveBu xəbər 28 Oktyabr 2026 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri