“Referenduma gedək, xalq “yox” desə, hakimiyyətdən gedəcəyik” Mirzoyan
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkənin yeni Konstitusiya layihəsinin referenduma çıxarılmasını və beləliklə xalqın mövcud hakimiyyətin istefasını istəyib-istəmədiyinin aydınlaşdırılmasını təklif edib.
“Qafqazinfo” “Sputnik Armenia”ya istinadla xəbər verir ki, nazir bu barədə Milli Məclisdə hökumətlə sual-cavab sessiyası zamanı parlamentin müxalif vitse-spikeri Aram Vardevanyanın sualını cavablandırarkən bildirib.
“Biz Konstitusiya layihəsini təqdim edək, siz parlamentdə onu pislədiyinizi bəyan edin və referenduma gedək. Əgər xalq “yox” desə, biz də hakimiyyətdən gedəcəyik. Pis şey deyirəm? Həll yolu təklif edirəm. Əziz xalq, müxalifətdən bu addımı atmalarını tələb edin. Bizi hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz? Yeganə yol ümumxalq səsverməsidir, qalan bütün variantları artıq sınamısınız”, – deyə Mirzoyan söyləyib.
XİN rəhbəri daha sonra zaldakı Baş nazir Nikol Paşinyana müraciət edərək “Səhv deyirəm, cənab Baş nazir?” deyə soruşub.
Xatırladaq ki, bundan öncə N. Paşinyan parlamentdəki çıxışı zamanı yaxın vaxtlarda yeni Konstitusiya mətninin dərc olunacağını və onun parlamentdə müzakirəyə çıxarılacağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 28 Oktyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















