Icma.az
close
up
RU
İranın ABŞ yə müqavimət göstərməyə nəyi vardı?

İranın ABŞ yə müqavimət göstərməyə nəyi vardı?

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“İranın əlində dünyanın ən güclü ordularına bərabər tutula biləcək bir təyyarə donanması yox idi, lakin onun dörd fərqli silahı var idi və bu silahlar klassik hərbi gücdən daha çox, coğrafiya, hesablama və səbr oyunu üzərində qurulmuşdu”.

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

O, bildirib ki, bunlardan birincisi, dünyanın neft damarı sayılan Hörmüz boğazı idi:

“Müharibə başlayan kimi Tehran bu dar suyolunu minalarla və hərbi gəmilərlə bağladı. Dünya neft ticarətinin beşdə birinin keçdiyi bu boğazın susması qlobal enerji bazarını sarsıtdı, Qərbdə inflyasiyanı artırdı, benzin qiymətlərini sıçradı. Vaşinqtona təzyiq elə buradan özünün vətəndaşlarının narazılığından gəldi. İkincisi, ucuzluq gücə çevrildi. İran bahalı qırıcı təyyarələrlə yox, hər biri cəmi 2-3 min dollara başa gələn kamikadze dronlar və ballistik raketlərlə vuruşdu. Bəhreyn, Küveyt, Qətərdəki Amerika bazaları və İsrail ərazisi fasiləsiz bir dron selinə məruz qoydu. ABŞ isə hər bir ucuz dronu vurmaq üçün milyonlarla dollarlıq Patriot raketləri xərclədi. Bu cür "qarışqaları top atəşinə tutmaq" heç bir fayda vermədi. Üçüncüsü, İran tək vuruşmurdu. Onlarca ildir qurduğu "Müqavimət Oxu" şəbəkəsi, Livan Hizbullahı, Yəmən Husiləri, İraq və Suriyadakı şiə qruplaşmaları eyni anda bir neçə cəbhəni alovlandırdı. Hizbullah İsrailin şimalını raket yağışına tutdu, Husilər Qırmızı dənizdə gəmiçiliyi iflic etdi, İraqdaki qruplar isə ABŞ bazalarını davamlı təqib atəşinə tutdu. Vaşinqton beş-altı cəbhədə eyni anda döyüşməyə vadar oldu. Dördüncüsü, sadəcə coğrafiya idi. İranın dağlıq ərazisi onlara illərdir nüvə və raket obyektlərini yerin dərinliklərində, "raket şəhərlərində" gizlətmək imkanı vermişdi. Hava zərbələri bu yeraltı qalalara çata bilmədi, ABŞ isə quru əməliyyatına, yəni İrana əsgər göndərməyə risk etmədi”.

Politoloq deyib ki, ABŞ-nin qələbə adına əlində bunlar var:

“ABŞ bu müharibədə hərbi dildə "təmiz qələbə" adlandırıla biləcək bir nəticə əldə edə bilmədi. Əgər qələbənin meyarı sadəcə düşmənin hərbi obyektlərinə zərbə vurmaqdırsa, bəli, hava üstünlüyü ABŞ və İsrailin tərəfində idi, İranın orduları və Hizbullah ağır itkilər verdi, Xamenei belə sui-qəsd qurbanı oldu. Amma müharibənin siyasi məqsədləri tərəzinin digər gözünü ağırlaşdırdı və ABŞ aşağıya yuvarlandı.Tramp administrasiyasının elan etdiyi üç böyük şüar rejim devirmək, raket sənayesini yerlə-yeksan etmək, proksi qüvvələri silahsızlaşdırmaq vəd kimi qaldı, gerçəyə çevrilmədi. Tehrandakı teokratik sistem Xameneinin ölümündən sonra sürətlə özünü bərpa etdi. İmzalanan Anlaşma Memorandumunda raket proqramının dayandırılması haqqında bir kəlmə yox idi, proksi qruplaşmaların tərksilahı da sənəddən tamamilə çıxarıldı.İqtisadi tablo da ürəkaçan deyildi. Hörmüzün bağlanması neftin qiymətini rekord həddə qaldırdı, ABŞ daxilində yanacaq böhranı və xalq narazılığı yaratdı bu da Tramp administrasiyasını müharibəni uzatmağın qlobal iqtisadiyyatı çökdürə biləcəyini anlamağa vadar etdi. Və qalib tərəfin adətən etmədiyi bir şey baş verdi: İsveçrədə imzalanan sənədlərlə ABŞ İranın dondurulmuş 24 milyard dollarını geri qaytarmağa, sanksiyaları yumşaltmağa, regiondaki hərbi gəmilərini geri çəkməyə razı oldu.Qərbli şərhçilər bunu hətta "Amerika üçün alçaldıcı bir məğlubiyyət" adlandırdı, dünyanın ən böyük ordusu dörd ay ərzində sanksiyalar altında əzilən bir ölkəni diz çökdürə bilmədi, sonda onunla masaya oturub şərtlərini qəbul etdi. İran üçün isə dağıntılara, itkilərə baxmayaraq, sadəcə "sağ qalmaq" və rejimi qoruyub saxlamaq özlüyündə böyük bir strateji uğur sayıldı”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 İyun 2026 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri