“İranın Azərbaycandakı ideoloji fəaliyyəti araşdırılmalıdır”
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İranın Azərbaycanda uzun illər ərzində həyata keçirdiyi ideoloji fəaliyyət və dini-siyasi təsir imkanları yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə regionda baş verən proseslər, informasiya müharibəsi və dünyəvi təhsil prinsipləri ətrafında yaranan mübahisələr bu məsələyə diqqəti artırır.
Təxminən 30 il fəaliyyət göstərmiş İran Mədəniyyət Mərkəzinin fəaliyyəti, eləcə də İran mediasının Azərbaycan auditoriyasına yönələn informasiya siyasəti araşdırılmalı olan məsələlər sırasındadır.
Bəs İranın Azərbaycandakı ideoloji fəaliyyətinin əsas hədəfləri nələr olub və ölkəmiz bu cür təsirlərə qarşı hansı vasitələrlə mübarizə aparmalıdır?
Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli Gununsesi.info-ya açıqlamasında bildirib ki, İranın Azərbaycanda uzun illər ərzində həyata keçirdiyi ideoloji fəaliyyətə regional təhlükəsizlik və milli maraqlar kontekstində yanaşmaq lazımdır:
“Təxminən 30 il fəaliyyət göstərmiş İran Mədəniyyət Mərkəzinin fəaliyyəti də bu baxımdan ciddi araşdırılmalıdır. Hesab edirəm ki, bu fəaliyyətin əsas məqsədlərindən biri Xomeyni ideologiyasını Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda yaymaq olub. İranın dini-siyasi təsir mexanizmləri regionun müxtəlif ölkələrində fərqli nəticələr versə də, Azərbaycanda cəmiyyətin dünyəvi dövlətçilik ənənələri və milli kimlik şüuru bu təsirlərin genişlənməsini məhdudlaşdıran amillərdən olub. Bu gün həmin ideoloji xəttin ayrı-ayrı media platformaları və informasiya kanalları vasitəsilə davam etdirilməsi ehtimalı da diqqətdən kənarda qalmamalıdır. Xüsusilə “Səhər-2” kimi İranın media resurslarının Azərbaycan auditoriyasına yönələn materialları tənqidi təhlil edilməli, onların informasiya siyasəti və ideoloji mesajları araşdırılmalıdır. Sosial narazılıqların mövcud olduğu cəmiyyətlərdə dini və siyasi təbliğatın bu narazılıqlardan öz məqsədləri üçün istifadə etməsi mümkündür. Lakin sosial problemlərin qabardılması ilə cəmiyyətdə qarşıdurma yaratmağa yönələn məqsədli təbliğat arasında fərq qoyulmalıdır.
Digər tərəfdən, İranın özündə yoxsulluq, su qıtlığı və sosial-iqtisadi çətinliklərlə üzləşən insanların problemləri də ciddi narahatlıq doğurur. Belə bir şəraitdə Tehranın başqa ölkələrdə ideoloji təsir imkanlarını genişləndirməyə çalışması suallar yaradır. Oktyabrın 12-də Azərbaycanda baş verən hadisələr və dünyəvi təhsil prinsipləri ətrafında yaranan müzakirələr də hüquqi və ictimai baxımdan obyektiv araşdırılmalıdır. Əgər hər hansı qüvvə dini şüarlardan istifadə etməklə dövlətin dünyəvi təhsil sisteminə və konstitusion prinsiplərinə qarşı təzyiq göstərməyə çalışırsa, buna hüquqi çərçivədə münasibət bildirilməlidir. Bununla belə, konkret şəxsləri və qrupları xarici dövlətlərin təsir agentləri kimi təqdim etmək üçün yoxlanılmış faktlar və hüquqi əsaslar olmalıdır.
Azərbaycanın dünyəvi dövlət quruluşu, milli-mədəni kimliyi və müstəqil siyasəti cəmiyyətin ideoloji manipulyasiyalardan qorunmasında mühüm rol oynayır. Əsas məsələ dini inanclara hörmətlə yanaşmaqla yanaşı, dinin siyasi məqsədlər üçün alətə çevrilməsinə imkan verməməkdir. Azərbaycan cəmiyyəti istənilən xarici ideoloji təsirə qarşı maarifləndirmə, tənqidi düşüncə və qanunun aliliyi prinsipləri əsasında mövqe ortaya qoymalıdır”.
Şəbnəm Rəhimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 14 Oktyabr 2026 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















