Icma.az
close
up
RU
İranın ballistik raket imkanları Nə qədərdir?

İranın ballistik raket imkanları Nə qədərdir?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Yaxın Şərqdə artan gərginlik fonunda İranın ballistik raket proqramı yenidən beynəlxalq diqqət mərkəzinə düşüb. 

Tehran bu proqramı ölkənin əsas çəkindirici qüvvəsi kimi təqdim etsə də, Qərb dövlətləri onu regional sabitlik üçün ciddi təhlükə hesab edir. Son illərdə baş verən hərbi toqquşmalar və qarşılıqlı zərbələr İranın raket imkanlarının real döyüş şəraitində necə istifadə olunduğunu göstərib. 

Qaynarinfo Reuters-ə istinadən İranın raket potensialını, onun növlərini, strateji məqsədlərini və regionda həyata keçirdiyi əməliyyatları təqdim edir:

İranın raket imkanlarının son sınağı 2025-ci ilin iyununda İsraillə baş vermiş 12 günlük müharibə zamanı qeydə alınıb. Həmin qarşıdurma zamanı Tehran İsrail ərazisinə ballistik raket zərbələri endirib. Hücumlar nəticəsində onlarla insan həlak olub, ölkənin mərkəzi və şimal bölgələrində çoxsaylı binalar və yaşayış blokları dağılıb. Müharibə Araşdırmaları İnstitutunun  (ISW) və Amerika Sahibkarlıq İnstitutunun "Kritik Təhdidlər” layihəsinin təhlilinə görə, İsrail münaqişə zamanı İranın raket buraxılış qurğularının təxminən üçdə birini məhv edib. Bununla belə, İran rəsmiləri müharibə zamanı dəyən zərərin aradan qaldırıldığını və ölkənin hərbi imkanlarının əvvəlkindən daha güclü olduğunu bildiriblər. 

Ballistik raketlər nədir? 

Ballistik raket – başlanğıc mərhələdə idarə olunan, daha sonra isə əsasən cazibə qüvvəsinin təsiri ilə sərbəst trayektoriya üzrə hərəkət edən raket tipli silahdır. Bu raketlər adi partlayıcı, eləcə də potensial olaraq bioloji, kimyəvi və ya nüvə başlıqları daşıya bilər. Mənzillərinə görə qısa, orta və qitələrarası olmaqla müxtəlif kateqoriyalara bölünür. Qərb ölkələri İranın ballistik raket arsenalını Yaxın Şərqdə sabitlik üçün hərbi təhdid və Tehran nüvə silahı hazırlayacağı təqdirdə mümkün daşıyıcı vasitə kimi qiymətləndirirlər. İran isə nüvə bombası hazırlamaq niyyətində olmadığını bildirir. İranın raket növləri və mənzilləri ABŞ Milli Kəşfiyyat Direktorluğunun Ofisinin məlumatına görə, İran Yaxın Şərqdə ən böyük ballistik raket ehtiyatına malikdir. İran rəsmiləri əvvəllər bildiriblər ki, ölkənin özünə tətbiq etdiyi 2 000 km-lik maksimum mənzil İsrailə qədər məsafəni əhatə etdiyi üçün müdafiə baxımından kifayətdir. Raket obyektlərinin bir çoxu paytaxt Tehran və onun ətrafında yerləşir. Müxtəlif vilayətlərdə, o cümlədən Kirmanşah və Semnan bölgələrində, eləcə də Fars körfəzi yaxınlığında ən azı beş yeraltı "raket şəhəri”nin mövcud olduğu bildirilir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, İran arsenalına İsrailə çata bilən bir neçə uzunmənzilli raket daxildir. Bunlar arasında "Sejil” (2 000 km), "Emad” (1 700 km), "Ghadr” (2 000 km), "Shahab-3” (1 300 km), "Khorramshahr” (2 000 km) və "Hoveyzeh” (1 350 km) var. Yarımrəsmi ISNA agentliyi 2025-ci ilin aprelində İsrailə çata bilən doqquz İran raketini əks etdirən infoqrafika yayımlayıb. Bildirilir ki, "Sejil” saatda 17 000 km-dən çox sürətlə uça və 2 500 km məsafə qət edə bilir. "Kheibar”ın mənzili 2 000 km, "Haj Qasem”in isə 1 400 km-dir.


Raketlərin növləri və qət etdiyi məsafələri

ABŞ Milli Kəşfiyyat Direktoru Ofisinin məlumatına görə məlumatına görə, İran arsenalına "Shahab-1” (300 km), "Zolfaghar” (700 km), "Shahab-3” (800–1 000 km), "Emad-1” (2 000 km-ə qədər) və inkişaf mərhələsində olan "Sejil” modeli (1 500–2 500 km) daxildir. Strategiya və inkişaf Tehran bildirir ki, ballistik raketlər ABŞ, İsrail və digər potensial regional hədəflərə qarşı mühüm çəkindirici və cavab zərbə vasitəsidir. ABŞ-da yerləşən Demokratiyaların Müdafiəsi Fondunun əməkdaşı Behnam Ben Taleblunun 2023-cü il hesabatına görə, İran yeraltı raket anbarlarını, buraxılış sistemlərini, eləcə də yeraltı istehsal və saxlama mərkəzlərini inkişaf etdirməyə davam edir. 2020-ci ildə İran ilk dəfə yeraltı platformadan ballistik raket buraxdığını açıqlamışdı. Hesabatda qeyd olunur ki, illərlə aparılan tərs mühəndislik və müxtəlif raket siniflərinin istehsalı İrana raket korpuslarını yüngül kompozit materiallarla hazırlamaq və mənzili artırmaq imkanı verib. 2023-cü ilin iyununda İran rəsmiləri ölkənin ilk yerli istehsal hipersəsli ballistik raketini təqdim etdiklərini bildiriblər. 

Dövlət agentliyi IRNA xəbər verib ki, hipersəsli raketlər səs sürətindən ən azı beş dəfə sürətli hərəkət edir və mürəkkəb trayektoriya üzrə uçduğu üçün ələ keçirilməsi çətindir. Arms Control Association qeyd edir ki, İranın raket proqramı əsasən Şimali Koreya və Rusiya dizaynlarına əsaslanır və Çin tərəfindən dəstək alıb. İranın arsenalında həmçinin 3 000 km-ə qədər mənzilə malik, hava vasitəsilə buraxılan və nüvə başlığı daşıya bilən "Kh-55” qanadlı raketi də var.

Regional hücumlar

İran 2025-ci ilin iyununda ABŞ-ın İsrailin hava əməliyyatlarına qoşulmasına cavab olaraq Qətərdə yerləşən "Al Udeid” hərbi bazasına raket zərbəsi endirib. Lakin Tehran əvvəlcədən xəbərdarlıq edib və xəsarət alan olmayıb. Vaşinqton bir neçə saat sonra atəşkəs elan edib. 2024-cü ilin yanvarında İran İnqilab Keşikçiləri Korpusu İraqın yarım-muxtar Kürdüstan bölgəsində İsrailin "casus qərargahını” vurduğunu, həmçinin Suriyada İŞİD silahlılarına zərbələr endirdiyini açıqlayıb. Tehran eyni zamanda qonşu Pakistanda fəaliyyət göstərən Bəluc silahlı qruplaşmasının iki bazasına raket zərbəsi endirdiyini bəyan edib. 2019-cu ildə Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı dron və raket hücumunun arxasında İranın dayandığı iddia edilsə də, Tehran bu ittihamları rədd edib. 2020-ci ildə isə İran ABŞ-ın pilotsuz aparat zərbəsi nəticəsində İnqilab Keşikçilərinin yüksək rütbəli komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq İraqda, o cümlədən "Ayn əl-Əsəd” aviabazasına raket zərbələri endirib.

Günay

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:325
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 16 Fevral 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri