Icma.az
close
up
RU
İranın dini liderinin səhhəti barədə İsrailin səsləndirdiyi bəzi iddialar informasiya savaşının bir hissəsi sayıla bilər

İranın dini liderinin səhhəti barədə İsrailin səsləndirdiyi bəzi iddialar informasiya savaşının bir hissəsi sayıla bilər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

İsrailin kəşfiyyat xidməti "Mossad" İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə bağlı müəmmalı məlumatlar yaymaqda davam edir və onun səhhəti ilə bağlı təfərrüatları açıqladığını iddia edir. Bu haqda yəhudi mediası xəbər yayıb. "X" şəbəkəsindəki farsdillli "Mossad Farsi" hesabının dərc etdiyi "tvit"də Xameneinin "özünü anlamaq və qavrayışlarını reallıqla əlaqələndirmək qabiliyyətini tamamilə itirdiyi" iddia edilir və İranın faktiki olaraq onun müşavirləri tərəfindən idarə olunduğu bildirilir. "Özünü lider adlandıran adam əslində öz vəzifəsini yerinə yetirmək iqtidarında deyil. O, 10 dəqiqədən artıq diqqətini cəmləyə bilmir. O, özünü dərk etmək və qavrayışlarını reallıqla əlaqələndirmək qabiliyyətini tamamilə itirib. İranı onun müşavirlər komandası idarə edir. Nə lider, nə siyasət, nə dövlət var... Nəzarət əldən çıxıb. Hər kəs öz yolu ilə gedir, lazım bildiyini edir", - "Mossad"ın "X" hesabında belə deyilir. Xatırladaq ki, iyul ayında "Mossad Farsi" Xameneinin guya narkoman olduğunu, günün yarısını yatdığını, digər yarısını narkotik qəbul etdiyini bildirən "tvit" yazmışdı.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu iddianın mahiyyətində doğruluq payı var, amma mahiyyət olaraq bu informasiya savaşına daxil olan iddialardır.

Sadiq İsabəyli

“Əli Xameneinin 86 yaşı vardı, hamı bilir ki, dini rəhbər müxtəlif xəstəliklərdən əziyyət çəkir. Dəfələrlə onun həkimləri bildiriblər ki, onun ömrü çox uzun çəkməyə bilər. Hətta keçən il deyirdilər ki, əgər belə gedərsə, bu qışı görməyə bilər. Onun səhhətində ciddi problemlərin olduğu bəllidir və Əli Xamenei bir sıra cihazlarla idarə olunur. Onun qarın bölgəsinə bağlanmış cihazlar var ki, onun ürək-damar sistemini idarə edir. Elə bil ki, onlayn nəzarətə götürülüb. Dini liderin səhhəti ilə xüsusi məşğul olurlar ki, onun səhhətində ciddi pisləşmə olmasın və yaxud ölümünə səbəb olacaq məsələlər yaranmasın. Onun psixoloji durumuna gəldikdə, mətndə qeyd olunan “artıq o özünü dərk edə bilmir və reallıqla prosesləri əlaqələndirmə qabiliyyətini tamamilə itirib” iddiası, konkret olaraq informasiya savaşına daxil olan bir açıqlama kimi qeyd oluna bilər. Bəli, o da düzdür ki, İran bu dəqiqə dini rəhbərin tam nəzarəti altında idarə olunmur. Onun müşavirlər komandası bu prosesi idarə edir. Müşavirlər komandası İslam İnqilabı Keşikçiləri Korpusu, dini rəhbərlik ofisi və eyni zamanda Əli Xaməneinin oğlu Müctəba Xameneinin komandasıdır. Hazırda bu prosesləri bu müşavirlər komandası aparır. Ona "kölgə şurası" deyə bilərik ki, bu prosesi aparırlar. Dövlət Aparatının idarə olunması prosesində də elə bu bölgə şurası əsas rol oynayır. Məsud Pezeşkian və bütün icraedici orqan, qanunverici orqan və məhkəmə hakimiyyəti hamısı bu komanda tərəfindən, yəni İslam İnqilabı Keşikçiləri Korpusu, dini rəhbərliyin ofisi və Müctəba Xameneinin təşkil etdiyi komanda tərəfindən idarə olunur.

"Mossad Farsi"nin irəli sürdüyü bəzi iddialar informasiya savaşı prosesinin içində dəyərləndirilə bilər. Amma bir sıra reallıqlar var ki, o reallıqlar da o yazıda müəyyən mənada özünü göstərir. O da bundan ibarətdir ki, konkret olaraq Əli Xamenei proseslərə özü birbaşa tam nəzarət edə bilmir və ona verilən məsləhətlər əsasında bəzi açıqlamalar verir. Amma bütün bu açıqlamaların mahiyyətində onun ideoloji və siyasi mahiyyətində konkret olaraq bəlli bir xətt var. Və o xəttin gündəmə gətirilməsi onlar üçün əsas məsələdir. O xətt Qərb dövlətlərinə qarşı, özəlliklə ABŞ və İsrail dövlətinə qarşı bir düşmənçilik siyasətinin hələ də davam etdirilməsidir. Bu, onlar üçün çox önəmlidir ki, bu xətti əsas olaraq gündəmə gətirə bilsinlər, onun əsasında daxili və xarici siyasətin müəyyənləşdirilməsində iş apara bilsinlər. Onun əsasında öz müttəfiq dedikləri gücləri öz arxalarına çəkə bilsinlər. Yəni burada Rusiya amili əsas amillərdən biridir. Çalışırlar ki, Rusiyanın himayədarlığını qoruyub saxlaya bilsinlər və göstərsinlər ki, İranın daxili və xarici siyasətində əsas prinsipial Qərb düşmənçiliyi xətti heç də zəifləməyib, bunun zəifləməsinə də Əli Xamenei imkan verməyəcək. Məsud Pezeşkianın BMT-nin ümumi iclasına səfəri ərəfəsində Əli Xamenei çıxış etdi ki, “biz heç bir halda Qərblə münasibətdə fayda götürə bilməyəcəyik və onlarla hərhansı bir müzakirədə qalib gələ bilməyəcək və bizə daha çox ziyan dəyəcək”. Bu da o deməkdir ki, heç bir halda İranın Qərbə yönəlik siyasətində yumşalma yoxdur və heç bir gücə də imkan verməyəcəklər ki, belə bir şəraitə zəmin yaratmağa çalışsın. Bu, Məsud Pezeşkian da ola bilər.

Eyni zamanda bir sıra islahatçı cərəyanlar ki, deməyə çalışırlar ki, "İranın böhranlardan çıxış yolu ancaq Qərblə münasibətlərin qurulmasından keçir. Onların da güclənməsinə şərait yaranmayacaq. Bu xəttin qorunub saxlanılması onlar üçün çox ciddi əhəmiyyət daşıyır və zaman-zaman bu istiqamətdə Xameneidən istifadə edərək, bu xəttin gücləndirilməsi istiqamətində də iş görülür.

Əli Xameneinin səhhətinin ağır olması və 12 günlük savaşdan sonra məcbur gizlənməsi və bir çox məsələlərə münasibət bildirməməsi özünü göstərir. Əgər normal zamanlarda hər şeyə müdaxilə edirdisə, televizizyaya çıxıb hər şeyə uzun-uzun açıqlamalar verərək mövqeyini ortaya qoyurdusa, indi bu reaksiyaların sayı və həcmi azalıb. Həm də dini liderin "zaman"ı azalıb. Yəni əvvəllər əgər 50 dəqiqə danışırdısa, həm daxili, həm xarici məsələlərlə bağlı bir neçə mövzunu əhatə edən çıxışlar edirdisə, artıq bu çıxışlar 20 dəqiqədən artıq olmur. Yəni dini lider sadəcə tövsiyə xarakterli bir sıra ümumi məqamları ortaya qoyur. Xüsusilə, Qərb və ABŞ-a qarşı düşmənçilik məsələlərini gündəmə gətirir. Burada onların əsas məqsədi, mövcud ideoloji xətti qoruyub saxlamaq və onun zəifləmədiyini göstərməkdir. Demək istəyirlər ki, İran heç də zəif deyil. Zəifləməyib və bu 12 günlük savaşda onun müəyyən hərbi obyektləri vurulsa da, onun generalları öldürülsə də, rejim bütövlükdə zəifləməyib”-deyə Sadiq İsabəyli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Oktyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri