Icma.az
close
up
RU
İranın gələcəyi ilə bağlı SENSASİON PROQNOZ KONKRET

İranın gələcəyi ilə bağlı SENSASİON PROQNOZ KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda son dövrlər yaşanan gərginliklər ölkənin gələcək taleyi ilə bağlı müxtəlif ssenariləri gündəmə gətirib. Bəs, İranda baş verən hadisələr fonunda İslam Respublikası bir neçə dövlətə bölünə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda İranda baş verən proseslər olduqca mürəkkəb və çoxşaxəlidir.

Politoloqun sözlərinə görə, ölkədə dərin sosial-iqtisadi böhran mövcuddur, rejimlə cəmiyyət arasında ciddi qarşıdurma formalaşıb, eyni zamanda İranla bir sıra xarici dövlətlər arasında geosiyasi münaqişələr yaşanır. ABŞ-ın İrana mümkün müdaxiləsi də istisna edilmir:

“ABŞ-ın İrana müdaxiləsi an məsələsi ola bilər. Trampın açıqlamaları da bunu deməyə əsas verir. Bütün bu faktorlar fonunda İranda proseslərin hara gedəcəyini dəqiq proqnozlaşdırmaq çətindir”.

Əli Mustafa qeyd edib ki, İranda fərqli maraqları olan qüvvələr mövcuddur: ölkənin parçalanmasını istəyənlər, demokratikləşməni müdafiə edənlər və şah rejiminin yenidən bərpasını arzulayanlar. Bu baxımdan konkret ssenari söyləmək çətindir. Onun fikrincə, yalnız bir məsələ aydındır, mövcud rejim artıq öz siyasi dövrünü başa vurmaqdadır:

“Məsələ rejimin necə və hansı formada dəyişəcəyidir. Əgər xalqın iradəsi ilə beynəlxalq güclərin maraqları üst-üstə düşərsə, İranda demokratik respublika formalaşar”.

Politoloq vurğulayıb ki, əks halda, yəni proseslərə xarici güclər birbaşa müdaxilə edərsə, bu, fərqli nəticələrə gətirib çıxara bilər. Belə ssenaridə İranın bütövlüyünün şah rejimi formatında saxlanılması, yaxud mərkəzdənqaçma meyillərinin güclənməsi və parçalanma ehtimalı da istisna olunmur.

Əli Mustafanın sözlərinə görə, hazırkı mərhələdə ən real və məqsədəuyğun yol islahatların aparılmasıdır:

“Prezident Pezeşkianın rəhbərliyi ilə islahatlar gedə, İslam Respublikasının sadəcə respublika formasına keçidi baş verər. Ondan sonra İranın dövlət quruluşu modeli müzakirə oluna bilər”.

Politoloq əlavə edib ki, əgər böyük güclər İranda fars millətçiliyini prioritet saxlayan yanaşma ortaya qoysalar, bu, mərkəzdənqaçma proseslərini sürətləndirə və Güney Azərbaycan da daxil olmaqla, ölkə daxilində yeni dövlət qurumlarının yaranması məsələsini gündəmə gətirir.

Sonda Əli Mustafa qeyd edib ki, İranda sabitliyin və problemlərin həllinin əsas yolu demokratik islahatlardan keçir və ölkənin respublika modelində yenidən formalaşması region üçün daha az riskli ssenari hesab olunur.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://konkret.az
archiveBu xəbər 14 Yanvar 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri