İranın hakimiyyət dəhlizlərindəki “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki “mövqe” dəyişməyib
Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"İrandakı müxtəlif dairələrin Prezident Məsud Pezeşkianın mövqeyi ilə hesablaşmamasının daha bir nümunəsini göstərək. Deməli, İran xarici işlər nazirinin müavini Səid Xətibzadə Ermənistanın İran üçün vacib ölkə olduğunu bildirərkən belə bir cümlə işlədib: “Ermənistandan eşitmək istəyirəm ki, dəhliz olmayacaq”.
Newscenter.az xəbər verir ki, bunları deyən politoloq Elxan Şahinoğlu qeyd edib ki, bunun ardınca İran rəsmisi dəhlizin İran üçün qəbuledilməz olduğunu qeyd edib:
"Halbuki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfərindən əvvəl AzTV-yə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı düşüncələrini belə ifadə etmişdi: “İran tərəfi düşünür ki, Ermənistanın Azərbaycana yol verməsi onun beynəlxalq hüquqlarını, ərazi bütövlüyünü pozmursa, problem yoxdur”. Belə çıxır ki, İranın hakimiyyət dəhlizlərindəki “Zəngəzur dəhlizi” ilə bağlı əvvəlki “mövqe” dəyişməyib və həmin fikirlər İran Prezidentinin mövqeyinə tərsdir. Başqa sözlə desək, Prezidentə tabe olmalı qurumlar və oradakı rəsmilər dövlət başçısını saymırlar".
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:İranın Zəngəzur dəhlizi ilə bağlı dəyişməz mövqeyi
28 İyul 2025 06:35
İranın Zəngəzur dəhlizi ilə bağlı siyasəti dəyişir? AÇIQLAMA
08 İyul 2025 15:37
Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır
10 İyun 2025 14:12
İranın Zəngəzur yalanları
05 Avqust 2025 19:13
Zəngəzur dəhlizi ilə bağlı yeni addım İranın niyyəti bəlli olur
03 Fevral 2025 13:11
Baxış sayı:51
Bu xəbər 27 May 2025 05:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















