Icma.az
close
up
RU
Deputat: Prezident Zəngəzur dəhlizi ilə bağlı dönməz mövqe ortaya qoyub

Deputat: Prezident Zəngəzur dəhlizi ilə bağlı dönməz mövqe ortaya qoyub

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər Azərbaycanın postmüharibə dövründə formalaşdırdığı yeni geosiyasi reallıqları, milli maraqlara söykənən qətiyyətli mövqeyini və strateji hədəflərinin dəyişməzliyini bir daha aydın şəkildə ortaya qoydu. 

Uzun illər arzulanan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa coğrafi bağlantının yaradılması artıq real mərhələyə keçib. Bu isə təkcə regional nəqliyyat layihəsi deyil, Azərbaycanın tarixi, geosiyasi və iqtisadi maraqlarının təmin olunması deməkdir".

"Cebheinfo.az" xəbər verir ki. bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputat xatırladıb ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib:

“Həmin sənəddə regional kommunikasiyaların açılması birmənalı şəkildə təsbit olunmuşdu. Sonrakı mərhələlərdə Azərbaycan tərəfi bu müddəanın icrası istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirdi. Ermənistan isə müxtəlif bəhanələrlə prosesi ləngitməyə çalışırdı. 

Lakin cənab Prezidentin müsahibədə qeyd etdiyi kimi, ‘Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir’”.

S.Salmanova qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən də Zəngəzur dəhlizinin açılacağı ilə bağlı məsələnin təsdiqlənməsi bu layihənin regional deyil, qlobal əhəmiyyət daşıdığını göstərir:

“Zəngəzur dəhlizi Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşərək Avrasiya məkanında ticarət əlaqələrinin genişlənməsinə və enerji təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək. Azərbaycan son illərdə irəli sürdüyü bütün strateji təşəbbüslərin ardıcıl şəkildə reallaşdığını dəfələrlə sübut edib. 

Bakı–Tbilisi–Ceyhan, Bakı–Tbilisi–Qars, Cənub Qaz Dəhlizi kimi layihələr vaxtilə skeptik yanaşmalarla qarşılaşsa da, bu gün qlobal enerji və nəqliyyat xəritəsinin ayrılmaz hissəsinə çevrilib. Zəngəzur dəhlizi də eyni məntiq üzrə formalaşır”.

Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın milli təhlükəsizliyi və dövlət suverenliyi baxımından da strateji əhəmiyyət daşıyır:

“Naxçıvanın uzunmüddətli blokadadan çıxması, Türkiyə ilə birbaşa quru bağlantısının təmin olunması, Türk dünyası ilə inteqrasiyanın dərinləşməsi bu layihənin əhəmiyyətini daha da artırır. Məhz bu səbəbdən Prezident İlham Əliyev Zəngəzur dəhlizi məsələsini prinsipial və dönməz mövqe kimi ortaya qoyur. 

Bu məsələ artıq müzakirə predmeti deyil, reallaşması qaçılmaz olan siyasi-iqtisadi layihədir. Azərbaycan Vətən müharibəsindən sonra yaratdığı yeni regional reallıqları mərhələli şəkildə möhkəmləndirir. Dövlət başçısının açıqlamaları isə bu prosesin həm daxili, həm də beynəlxalq legitimliyə malik olduğunu aydın şəkildə göstərir. 

Bu baxımdan, Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizinin açılacağına olan əminliyi tam əsaslıdır. Çünki bu inam sözlərə deyil, real addımlara, imzalanmış sənədlərə və Azərbaycanın sübut olunmuş siyasi iradəsinə söykənir”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri