Icma.az
close
up
RU
Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır

Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti deyib ki, guya İran Zəngəzur dəhlizinin yaradılması cəhdinin qarşısını alıb. “Bu layihə uğursuzluğa düçar oldu” – deyən Vilayətinin fikrincə, bu layihə əslində İran dəhlizinin parçalanması və Avropaya yolun əngəllənməsi demək idi. Vilayəti İranın hətta Rusiyanın dəstəyi olmadan ağıllı diplomatiya yolu ilə Cənubi Qafqaz regionunda təhlükəsizliyi qorumağa və NATO-nun qarşısını almağa nail olduğunu vurğulayıb".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Vilayəti bu açıqlaması ilə İranın gücünü çox şişirdib:

"Birincisi, Zəngəzur dəhlizi İranın mövqeyinə görə ləngiməyib. Azərbaycan Ermənistandan açıq dəhliz tələb edir, İrəvan isə dəhlizdə sərhəd və gömrük xidmətinin fəaliyyət göstərməsini istəyir. Yəni Ermənistan hökuməti dəhlizin əleyhinə deyil, əksinə baş nazir Nikol Paşinyan ölkəsinin Zəngəzur dəhlizi vasitəsilə Orta dəhlizin tərkib hissəsi olması istəyir, iki ölkə arasındakı məsələyə baxışdakı fərq sadəcə Zəngəzur dəhlizinin işləmə mexanizmindədir. Bir gün Bakı ilə İrəvan ortaq məxrəcə gələrək Zəngəzur dəhlizinə razılaşarsa, Vilayətinin “İran Zəngəzur dəhlizinin reallaşmasının qarşısını aldı” iddiası puç olacaq. Vilayətinin simasında İranda qərar verənlər hələ də yanlış olaraq düşünürlər ki, guya Zəngəzur dəhlizi İranın Avropaya yolunu parçalayır. Birincisi, Ermənistan üzərindən belə bir yol yoxdur, ikincisi İran Avropa ilə idxal-ixrac əməliyyatlarını işlək vəziyyətdə olan Azərbaycan və Gürcüstan, o cümlədən Qara dəniz üzərindən həyata keçirə bilər. O ki qaldı, İranın NATO-nun Cənubi Qafqaza daxil olmasının qarşısının alınmasına, Azərbaycanın və Ermənistanın Şimali Atlantika Blokuna üzvlük istəyi yoxdur. Cənubi Qafqazın üçüncü ölkəsi Gürcüstan üzvlükdən imtina etməsə də, Tbilisi ilə Brüssel arasında hazırki münasibətlər şərtləri daxilində bu mümkün deyil. Buna baxmayaraq, Cənubi Qafqazın hər 3 ölkəsi NATO-nun proqramlarında fəal iştirak edir, Azərbaycan və Gürcüstan isə Şimali Atlantika Blokunun əsas dövlətlərindən biri olan Türkiyənin bölgədəki əsas müttəfiqləridir. Bunu da Vilayəti bilməmiş deyil". 

Vasif ƏLİHÜSEYN 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 İyun 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri