İranın hava hücumları dayanmayacaq SEPAH komandanı
Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran İslam İnqilabı Keşikçilər Korpusunun hərbi hava əməliyyatları dayanmayacaq.
Bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı ordu generalı Məhəmməd Pakpur video-müraciətində bildirib.
Onun sözlərinə görə, İranın hücumları İsraildə asayişə zərbələr vurub.
Pakpur bildirib ki, zaman keçdikcə İranda həmrəylik daha da artır və bu böyük hərəkətə çevrilir.
Pakpur deyib ki, ictimai qüvvələr İranın hücumları üçün səfərbər olunacaq.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Trend


