WhatsApp da reklam dövrü başladı şəxsi yazışmalar təhlükədədir?
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
“Meta” şirkəti WhatsApp-da uzun müddətdir gözlənilən reklamları aktivləşdirməyə başlayıb. Yenilik yalnız “Yeniləmələr” bölməsinə aid olacaq və şəxsi mesajlaşmalar, zənglər, çatlar reklamdan tamamilə qorunacaq.
Yenisabah.az xəbər verir ki, əsas hədəf – kanallardır. İstifadəçilərə maraqlandıqları kanalları izləmək və onlara abunə olmaq üçün müxtəlif reklam məzmunları göstəriləcək. Bununla yanaşı, Status bölməsində də sponsorlu paylaşımlar görünə bilər.
Bu dəyişiklik 1,5 milyarddan çox aktiv istifadəçini əhatə edə bilər. Amma yalnız “Yeniləmələr” funksiyasından fəal istifadə edənlər reklamları görəcək.
Əsas narahatlıq doğuran məsələ – məxfiliyin pozulmasıdır. Şirkət bununla bağlı zəmanət verir: şəxsi yazışmalar, zənglər, məkan və kontaktlar heç bir halda reklam məqsədilə istifadə olunmayacaq.
Reklamlar sadəcə ümumi profil məlumatlarına, istifadə edilən cihaz haqda texniki göstəricilərə və “Yeniləmələr”dəki aktivliyə əsaslanacaq. Bütün bu məlumatların anonim saxlanıldığı da vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 İyun 2025 20:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















