İranın İsrailə cavabı necə olacaq? 15 gün ərzində...
Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.
“İsrail gecə ərzində üç yüzdən artıq İranın operativ və strateji təyinatlı hərbi obyektlərinə hava zərbələri endirməklə, İranın bir neçə yüksək vəzifəli şəxsini yaralayıb və ya məhv edib. Belə olan halda hazırda İran tərəfindən müəyyən xaotik bəyanatlar eşidilməkdədir”.
Bunu Metbuat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
O qeyd edib ki, İranın cavab zərbələrini gözləməyə dəyər:
“Çünki heç də İranın bütün raket və pilotsuz aviasiya parkının sıradan çıxarılmasını demək mümkün deyil. Yaxın perspektivdə İsrailə qarşı İranın cavab zərbələri gözlənilir. Əməliyyatların təxminən 7–15 gün arasında davam edə bilər”.
“İsrailin əsas hədəfinin İranın ali dini lideri Seyid Əli Xameneinin zərərsizləşdirilməsindən ibarət olacağını düşünürəm”, - deyə Ə.verdiyev qeyd edib.
Sevinc İbrahimzadə / Metbuat.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 13 İyun 2025 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















