Icma.az
close
up
RU
İranın İsraili iflic edə biləcək gizli silah planı ifşa olundu Nüvə proqramına ağır zərbə KONKRET

İranın İsraili iflic edə biləcək gizli silah planı ifşa olundu Nüvə proqramına ağır zərbə KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

İranla İsrail arasında son hərbi qarşıdurma yalnız bir əməliyyat deyil, həm də Yaxın Şərqin yaxın gələcəyini müəyyənləşdirəcək geosiyasi dönüş nöqtəsinə çevrilib.

“The Washington Post”un tanınmış şərhçisi Devid İqnatiosun əldə etdiyi məlumata görə, ABŞ və İsrailin İranın nüvə obyektlərinə və elmi elitasına endirdiyi zərbələr nəticəsində İran “nüvə silahına sahib olmaq astanasında olan dövlət” statusunu itirib. Hazırda İranın hərbi nüvə proqramı ən azı bir il geri atılıb.

KONKRET.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, yalnız texniki infrastruktur deyil, həm də proqramın intellektual və təşkilati beyni sıradan çıxarılıb. Əsas elmi komandalar dağıdılıb, aparıcı fizika alimləri məhv edilib və qalan mütəxəssislər qorxu içində fəaliyyətlərini dayandırıblar.

Bundan əlavə, İqnatiosun yazdığına görə, İranın geniş ictimaiyyətdən gizlədiyi və elektromaqnit bombası üzərində işlədiyi layihə də zərbə altına düşüb. Bu bomba İsrailin bütün elektron sistemlərini iflic etməyə hesablanmışdı. İddiaya görə, SEPAH (İranın İnqilab Keşikçiləri Korpusu) bu silahı Ayətullah Xameneinin nüvə və hidrogen bombası istehsalına qarşı fətvasına uyğun “ideoloji cəhətdən qəbuledilən yol” kimi görürdü. Lakin bu gizli layihə də ifşa edilib – alimlər öldürülüb, logistika pozulub, strateji düşüncə darmadağın edilib.

İsrailin kampaniyası əvvəlcə seçilmiş hədəfləri vurmaq kimi başlamışdı, lakin sonradan İranın hərbi layihəsinin tamamilə intellektual və texnoloji cəhətdən dağıdılmasına çevrildi. ABŞ-ın uzaq mənzilli aviasiya və qanadlı raket dəstəyi bu kampaniyanı strateji qələbəyə çevirdi.

İqnatios yazır ki, bu yalnız hərbi deyil, həm də psixoloji və institusional məğlubiyyətdir. İran artıq gizli nüvə silahı hazırlamaq əvəzinə, elmi təcrid, beynəlxalq nəzarət və mümkün növbəti zərbə qorxusu altında yaşamağa məcburdur.

Lakin təhlükə tam keçməyib. Ekspertlər bildirir ki, İran regionda proksi hücumlar, kiberzərbələr və terror aktları təşkil etməyə hələ də qadirdir. Münaqişə yeni mərhələyə keçib – artıq bu müharibə səngiməyib, sadəcə formasını dəyişib.

Nəticə aydındır: İsrail gizli nüvə və elektromaqnit silahına cəhdləri belə dözülməz hesab edir. Yeni güc balansı artıq diplomatik masada deyil, İsfahanın dağıdılmış yeraltı laboratoriyalarında formalaşdırılıb.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 İyul 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri