Icma.az
close
up
RU
İranın nüvə obyektləri bombalansa, nə baş verəcək?

İranın nüvə obyektləri bombalansa, nə baş verəcək?

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Yaxın Şərq tammiqyaslı regional müharibənin astanasındadır. İsrail bu yaxınlarda İrana cavab zərbələri endirib. O, İranın nüvə və neft obyektlərini hədəfə almaqdan yayınsa da, İsrail və İranın irəli-geri raket zərbələrinin ABŞ-ı Yaxın Şərqdə növbəti müharibəyə sürükləmə riski hələ də var.
Reyting.az
xəbər verir ki, bu barədə “National Interest” yazıb.
ABŞ nəşrinin təhlilində qeyd olunur ki, keçmiş baş naziri Naftali Bennett və Con Bolton kimi bir sıra şəxslər İsrail ordusunu İranın nüvə imkanlarına hücuma təşviq edib və hələ də təşviq edirlər:
JCPOA (nüvə sazişi – red.) suda boğulub, “şahinlər” İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsrailin yeganə variantının müharibə olduğunu iddia edirlər.
Bununla belə, İranın nüvə potensialına zərbə vurmağın lehinə olan dəlillər yersizdir. Hücum ehtimalı çox güman ki, İranı təhlükəsizliyini qorumaq üçün nüvə silahına ehtiyacı olduğuna inandıracaq. Əvvəl-axır Tehranın nüvə dəyənəyi ideal variant olmasa da, bu, son nəticədə İsrail və ya ABŞ üçün fəlakət demək deyil.
İrana qabaqcadan (preventiv) zərbə endirməyin tərəfdarları İsrailin İranın bütün nüvə imkanlarını məhv etmək qabiliyyətini çox yüksək qiymətləndirirlər. Hərbi kəşfiyyat həmişə qeyri-kamildir və çətin ki, İsrail İranın bütün nüvə obyektlərinin harada olduğunu bilir. Məsələn, İran hədəf almanı çətinləşdirmək üçün nüvə tədqiqat texnologiyasını və mərkəzlərini ölkə daxilində səpələyə bilər. Nüvə silahına malik olmaq üçün uranı lazım olan səviyyəyə qədər zənginləşdirməyə qadir olan yalnız iki zənginləşdirmə obyektinə malik olmasına baxmayaraq, o, öz nüvə obyektlərini yerin o qədər dərinliyində gizlədib ki, hətta ABŞ-nın hava hücumları belə onu məhv etməyə qadir deyil. Bu, İsrail üçün nüvə obyektlərinin məhv edilməsi vəzifəsini çətinləşdirir və onları məhvetmə şansının daha yüksək olması üçün ABŞ-nın iştirakını vacibləşdirir.
İsrailin İranın bütün nüvə imkanlarını məhv etməsi ehtimalının çox aşağı olduğu ssenaridə belə, İran hələ də nüvə silahı istehsalı üçün lazımi “nou-hau”nu qoruyub-saxlayacaq. Məhz buna görə onun nüvə silahı heç vaxt öləziməyəcək; atom bombasının yoxluğu nüvə silahı yaratma qabiliyyətini aradan qaldırmır. Əgər İsrail İranı güc yolu ilə nüvəsizləşdirməyə çalışsa, o yalnız Tehranı buna inandıracaq, həqiqətən təhlükəsiz olmağın yeganə yolu nüvə arsenalı əldə etməkdir - beynəlxalq siyasətdə böyük bərabərlik.
İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyin tərəfdarlarının iddiasına görə, Tehran İsraili məhv etmək üçün nüvə silahından istifadə edəcək. Tehranın əzəli məhv etməsi ümidi ilə bağlı keçmiş ritorikasına nəzər salsaq, bir çoxlarının bundan niyə narahat olduğunu anlamaq asandır. Bununla belə, İranın ritorikası ilə yanaşı, davranışını da araşdırmağa dəyər.
Güc, xüsusən də hərbi güc, hətta ən qüdrətli dövlətlər və liderlər üçün də məhdudiyyətlər qoyur. İsrail İrana ikinci zərbə endirmək üçün kifayət qədər nüvə silahına malikdir. Bu vəziyyət İranın sağ qalmasını risk altında saxlayacaq və onu İsrailə qarşı preventiv nüvə zərbəsi endirməkdən çəkindirəcək. İranın davranışı öz ölümü ilə bitəcək müharibəyə başlamaqdan çəkindirir.
Nəhayət, İrana qarşı qabaqlayıcı zərbələri dəstəkləyənlər iddia edirlər ki, İran öz nüvə arsenalından nüvə şantajı kimi (rejim dəyişikliyindən çəkindirici vasitə kimi) istifadə edəcək və bu, ona öz qüvvələri və etibarlı qüvvələri ilə daha çox risketmə imkanı verəcək. Yəni Kennet Valtzın yazdığı kimi, “Amerikanın nüvə silahının yayılmasına qarşı müqavimətinin böyük səbəbi budur ki, zəif ölkələrdə atom dəyənəyi varsa, bu bizim imkanlarımızı məhdudlaşdıracaq”.
Lakin bu arqument hərbi imkanlar və yerdəki reallıqlara qarşısında uduzur. İranın adi silahlarına baxsaq, o, İsrailə qarşı uzun sürən müharibədə qalib gələ və Yaxın Şərqə hakim ola bilməz. İranın müvəkkilləri də ona çox kömək etmir, çünki İsrail hazırda onlara hücum edir və onlar Tehran üçün çəkindirmə qatının xaricində kiçik siyasi gücdür. İsrailin “Hizbullah” və HƏMAS liderlərinin “başını kəsməsi” Tehranın qorxusunu və nüvə silahı əldə etmə həvəsini artırır. Bunların heç biri onu deməyə əsas vermir ki, dünya sadəcə, nüvə İranı ilə bağlı narahatlıqlara məhəl qoymamalıdır. Bunlar bəşər tarixində ən dağıdıcı silahlardır və hər hansı yeni nüvə aktoru səhnəyə girəndə ehtiyatlı olmalıyıq. Lakin Makiavellinin ifadəsi ilə desək, ehtiyatlılıq ən pis variantların ən kiçiyini seçməkdən ibarətdir. Bu halda İsrailin və Amerikanın ən pis variantı İranın nüvə obyektlərinə preventiv zərbələr vurmamaqdır.
Y. QACAR

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri