İranın nüvə silahı hazırlamasına icazə vermək OLMAZ
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koşta İranın nüvə silahına sahib olmamasına dair əminliyini ifadə edib.
Redaktor.az “İnterfaksa” istinadən xəbər verir ki, A.Koşta bunu bazar ertəsi Kanadada "Böyük yeddilik" sammitinin açılışında bəyan edib.
O bildirib ki, Tehranı bundan imtina etməyə diplomatik yolla inandırmaq lazımdır: "Biz Yaxın Şərqdə səylərimizi artırmalıyıq. İrana nüvə silahı hazırlamağa icazə verilməməlidir. Bu məsələ diplomatik vasitələrlə həll edilməlidir".
A.Koşta, həmçinin Ukrayna ətrafındakı vəziyyəti şərh edib: "Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək üçün kollektiv qətiyyətimizin kursuna sadiq qalmalı, Birləşmiş Ştatların rəhbərliyi altında sülh səylərinə kömək etməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 16 İyun 2025 12:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















