Icma.az
close
up
RU
AŞPA özünü dərin böhrana sürükləyir ŞƏRH

AŞPA özünü dərin böhrana sürükləyir ŞƏRH

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycan və Gürcüstanın Avropa Şurasındakı fəaliyyətini dayandırması AŞPA üçün daha mənfi nəticələr yaradacaq


Avropa Şurası Parlament Assambleyası Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib. Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb edilib. Hakim "Gürcü Arzusu" Partiyası sözügedən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.

"İmedi" televiziyasının efirində Baş nazir İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının Gürcüstanla bağlı çıxardığı qətnaməyə münasibət bildirib: “Bu gün gördüyümüz belə bir vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında işləməyin mənası yoxdur - bizim qərarımız tamamilə alternativsiz idi". Onun sözlərinə görə, yalnız gürcü xalqına münasibət dəyişərsə, Gürcüstan Avropa Şurası Parlament Assambleyasına qayıdacaq: “Xanım Tea Tsulukianinin nümayəndə heyəti adından, komandamız adından elan etdiyi qərar çox mühüm idi. Təbii ki, bu qərar tamamilə alternativsiz idi, təbii ki, belə bir vəziyyətdə nümayəndə heyətimiz Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini davam etdirmək niyyətində ola bilməzdi. Əgər gürcü xalqına, ölkəmizə münasibət dəyişərsə, belə olan halda biz Avropa Şurası Parlament Assambleyasına qayıdacağıq". Baş nazir Gürcüstan hökuməti ilə bağlı qəbul edilən qətnaməyə də münasibət bildirib: "Bugünkü qərarın və ya qətnamənin ölkəmiz üçün heç bir mühüm mənası yoxdur, baxmayaraq ki, qətnamə bütün absurd fikirlərlə qəbul edilib". 

Qeyd edək ki, Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 29-da qurumda fəaliyyətini dayandırdığını açıqlayıb. Nümayəndə heyəti bu addımı AŞPA-nın Tbilisini yeni parlament seçkilərinin keçirilməsinə və bir sıra digər şərtlər irəli sürən qətnamə qəbul etməsindən sonra atıb.


Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin “Sherg.az”a açıqlamasına görə, AŞPA özünü elə bir böhran quyusuna salıb ki, indi oradan çıxmaqda çətinlik çəkir. Bu böhranın təşəbbüskarı və yaradıcısı isə AŞPA-nı idarə edən qüvvələrdir: 


“Gördüyünüz kimi, Avropa Şurası Parlament Assambleyası (AŞPA) üzvlərini itirməkdə davam edir. Xatırladım ki, 2024-cü ilin yanvar ayında Azərbaycanın nümayəndə heyəti də bu təşkilatdakı fəaliyyətini dayandırmışdı. Əslində, beynəlxalq təşkilatların Azərbaycana qarşı münasibətinin hansı standartlarda olduğu hər zaman açıq görünüb. İkili standartların olduğu, beynəlxalq hüquqa sökənməyən qərarların müdafiə olunduğu bu cür təşkilatlar son zamanlar bütün imkanlarını təzyiq etmək üçün istifadə etməyə başlayıblar. Ondan başlayım ki, AŞPA-nın Azərbaycanla bağlı bəyanatı Azərbaycan məhkəmələrinə qarşı təzyiq formasıdır. Təqsirləndirilən ermənilərlə bağlı məhkəmə prosesi davam edir və onlar barəsində ədalətli qərarın çıxarılıb, layiq olduqları cəzaların verilmədiyi heç kəsdə şübhə doğurmur.  Azərbaycan vətəndaşlarına qarşı müharibə cinayətləri törətmiş şəxslərin azadlığa buraxılması ilə bağlı tələb haradan qaynaqlanır? AŞPA-dan belə bir qətnamənin qəbulu ilə bağlı tələb kimlər tərəfindən verilib.  Dəfələrlə demişəm, yenə qeyd etmək istəyirəm ki, AŞPA da bir çox beynəlxalq təşkilatlar kimi artıq siyasiləşib. Avropa Şurası da digər beynəlxalq qurumlar kimi öz nüfuzunu itirməkdə davam edir və hətta artıq itirib.  Avropa Şurası, əslində, siyasi təşkilat deyildi və dünyada insanların hüquq-azadlıqlarını, demokratiyanı, söz və mətbuat azadlığını qorumaq üçün yaradılmış bir təşkilat idi. Ancaq indi baxırıq ki, təşkilat siyasiləşib, hətta lobbiləşib. Lobbilərin təsir dairəsi altına düşmüş, korrupsiyalaşmış nümayəndələrdən təmsil olunmuş quruma çevrilib. Təbii ki, AŞPA-nın Azərbaycana qarşı mövqeyi, addımları qəbuledilməzdir. İkili standartlarla bərabər, artıq islamofobiya yox, Azərbaycanafobiyanın beynəlxalq təşkilatlarda ayaq tutub yeriməsinin bariz nümunəsidir.  "Human Rights Watch”, “Freedom House” və bu kimi təşkilatların hamısı artıq siyasiləşiblər və onların hamısı bu gün Azərbaycanda məhkəməsi gedən müharibə cinayətlərində ittiham olunan şəxslərin azadlığa buraxılması üçün var gücləri ilə çalışırlar. Onları müdafiə edən qüvvələr isə nəyin bahasına olursa-olsun,  hazırda məhkəməsi davam edən və hərbi cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılması üçün çalışırlar. Amma bir dəfə də olsun demirlər ki, bu şəxslər niyə Azərbaycan xalqına, dinc əhaliyə qarşı raketlərdən, qadağan olunmuş minalardan istifadə ediblər. Gecə insanların yatdığı vaxtda raket zərbələriylə binaları onların başına uçurdular. Bəs onda niyə danışmırdılar? Hesab edirəm ki, bu təşkilatlar siyasiləşib. Azərbaycana təzyiq forması kimi bu cür bəyanatlarla çıxış edirlər. Azərbaycan müstəqil və qüdrətli dövlətdir. Bu cür bəyanatlarla ölkəmizin gözünü qorxuda bilməyəcəklər.  Təqsirləndirilən ermənilərlə bağlı məhkəmə açıq və ədalətli şəkildə keçirilir, məhkəməni yaxından izləmək istəyən hər kəs üçün şərait yaradılıb. Özləri belə törətdikləri cinayət əməllərini etiraf etməyə başlayıbsa, onların azadlığa buraxılması AŞPA üçün niyə bu qədər əhəmiyyət daşıyır. Əslində, biz bu sualın cavabını bilirik, yaxşı olar ki, AŞPA da bəyanatlarında bu qətnamələri kimlərin tapşırığı ilə qəbul etdiyini açıqlasın”.  


Gürcüstanla bağlı qəbul edilən qətnaməyə gəldikdə isə hüquq müdafiəçisi bu qərarın da qərəzli və siyasi olduğunu deyib. Gürcüstanın daxili işlərinə müdaxilə edərək öz maraqlarına uyğun siyasi hakimiyyətin formalaşmasına çalışırlar: 

“Gürcüstanda keçirilən seçkilərin nəticəsi istəklərinə uyğun olmadığı üçün Qərb bu cür təzyiqlərlə dövləti qəbul etdiyi qanunları geri oxumağa çağırır. Ölkənin daxili işlərinə misli görünməmiş müdaxiləyə, təzyiqlərə və hədələrə baxmayaraq, Gürcüstan suverenliyini və milli ləyaqətini qorumağı üstün tutdu. Avropa Şurasının ultimatumu qarşısında Gürcüstan nümayəndə heyətinin Parlament Assambleyasında (AŞPA) iştirakını dayandırması qərarı prinsipial bir mövqenin ifadəsi oldu”.


AŞPA-nın bu təzyiqlərlə Cənubi Qafqazdakı 3 dövlətdən ikisini itirdiyini vurğulayan Ç.Qənizadə deyib ki, Ermənistan hər mahnıya oynadığı üçün beynəlxalq təşkilatları Qərbə inteqrasiya etdiyinə inandıra bilib: 

“Fikrimcə, indiki halda Azərbaycan və Gürcüstanın Avropa Şurasındakı fəaliyyətini dayandırması AŞPA üçün daha mənfi nəticələr yaradacaq, nəinki bu ölkələr. Azərbaycanla Gürcüstanın nümayişkaranə və prinsipial addımı Avropaya ciddi bir mesajdır. Brüssel postsovet məkanındakı ölkələrə saxta “demokratiya” şüarları və psevdoliberal söz yığınları şousu altında öz iradəsini diktə etməyə öyrəşmişdi. Fəqət indi reallıq dəyişib, göründüyü kimi, müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan, Gürcüstan xarici təzyiqlərə və həyasız şantaj cəhdlərinə razılaşmaq niyyətində deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 Yanvar 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see388

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see332

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see265

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see238

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see233

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see228

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see216

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see200

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see199

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see191

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see189

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see187

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see183

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see174

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see169

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see163

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see155

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see155

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see145

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri