Icma.az
close
up
RU
“İranın siyasi rəhbərliyi daxilində də vəziyyət birmənalı deyil” MÜNASİBƏT BİLDİRİLDİ

“İranın siyasi rəhbərliyi daxilində də vəziyyət birmənalı deyil” MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Əvvəla, hazırda regionda vəziyyət heç olmadığı qədər gərgin və həssasdır. Baş verən proseslər – istənilən an ciddi müharibəyə çevrilmək təhlükəsi olan İran-İsrail münaqişəsi, Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətlərinin yumşaq desək, yeni fərqli müstəviyə keçməsi, Suriyada vəziyyətin köklü şəkildə dəyişməsi və nəhayət, ən əsası da Vaşinqtonda baş tutan tarixi üçtərəfli görüşün nəticələri yeni siyasi reallıqlar yaratmışdır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Əhməd N. Abbasbəyli deyib.

O, sözlərinə belə davam edib: “Eyni zamanda onu da qeyd etmək lazımdır ki, İranın siyasi rəhbərliyi daxilində də vəziyyət birmənalı deyil. Hadisələrlə bağlı verilən bəyanatlar və ayrı-ayrı görəv sahiblərinin açıqlamaları orada fikir ayrılıqlarının, fərqli yanaşmaların olduğunu göstərir. İddia etmirəm ki, ciddi parçalanma və ya siyasi böhran var, amma fars şovinist və imperiya ambisiyalarından əl çəkməyən mühafizəkarlarla, İranın hazırkı Prezidenti Pezeşkianın rəhbərliyi altında reallıqları düzgün qiymətləndirən və proseslərə praqmatik yanaşan islahatçılar arasında fikir ayrılıqlarının olduğu aydın görünür.

Məsələn, ən son hadisələrdən biri – İranın rəhbəri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Amerikada imzalanan üçtərəfli bəyannamə barədə danışarkən bildirmişdi ki, “İran Qafqazda qurulması planlanan ‘amerikan dəhlizi’nin qarşısını alacaq”, “sözügedən yol Trampın mülkiyyətində olan dəhlizə yox, Trampın muzdlularının məzarlığına çevriləcək. Tramp elə bilir ki, maklerdir və torpaq, bölgə icarəyə götürə bilər” və s. Bu fikirlər Pezeşkian və komandası ilə müqayisədə köhnə siyasətçilərin yanaşmasının təzahürüdür və onların regionda daim gərginlik və qarşıdurmanın qalmasında maraqlı olduqlarını göstərir. Həmçinin İran şovinizminin və fars nasizminin ideoloqlarından olan həmin siyasətçinin “sözügedən dəhliz gələcəkdə Ermənistanın parçalanmasına gətirib çıxaracaq” sözləri onun erməni maraqlarına xidmət etdiyini, öz çıxışlarında isə Ermənistanın ABŞ və Qərblə münasibətlərinə toxunmadan bütün baş verənlərdə Azərbaycanı hədəf aldığını açıq şəkildə göstərir.

Onu da qeyd etmək lazımdır ki, bu köhnə düşüncəli İran siyasətçilərini narahat edən təkcə Zəngəzur dəhlizi ilə bağlı məsələ deyil. Onların əsas narahatlığı iki dövlət arasında yumşalma, razılaşma və gələcəkdə mümkün sülh müqaviləsinin imzalanmasıdır. Çünki onlar üçün əvvəlki vəziyyət həm iqtisadi, həm də siyasi baxımdan daha sərfəli idi. Necə deyərlər, “bulanıq suda balıq tutmaq”la məşğul idilər.

Amma qeyd etdiyim kimi, İranın hazırkı Prezidenti həm bu qaragüruhdan, həm də sələflərindən ciddi şəkildə fərqlənir. Bu, onun siyasi baxışları – həm ölkədaxili, həm də xarici siyasətdə, xüsusilə də regionla bağlı mövqeyində özünü göstərir. O, ölkə daxilində siyasi yumşalmaların, xüsusilə milli azlıqların hüquqlarının təminatı, doğma dildən istifadə, təhsil və s. ilə bağlı açıq bəyanatları ilə yanaşı, region dövlətləri ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın, həmçinin Qərblə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı kimi çıxış edir. Digər vacib amil isə onun Azərbaycan türkü olması və bununla fəxr etdiyini bəyan etməsidir. Bu, təkcə daxili siyasi məna daşımır, həm də region ölkələri üçün ciddi mesajdır.

Bu mövqeyin yalnız sözlərdə deyil, fəaliyyətdə də öz əksini tapdığını görmək olar. Belə ki, Pezeşkian prezident seçildikdən sonra ilk xarici səfərlərindən birini Bakıya etmiş və bu səfərin müsbət nəticələri Azərbaycan-İran münasibətlərində yeni mərhələnin əsasını qoymuşdur. Qarabağa etdiyi səfər və orada verdiyi mesajlar isə təkcə bizim marağımıza səbəb olmayıb, dünya ictimaiyyətinin, ilk növbədə isə Ermənistan tərəfinin diqqətini cəlb etmişdir. Bu, erməni mətbuatında da açıq görünür və Ermənistan tərəfinin artıq İrana ehtiyatla yanaşmağa, onu bir mənalı şəkildə öz tərəfdaşı kimi görməkdən çəkinməyə başladığı hiss olunur.

Bu amillərin Yerevanda baş tutan danışıqlara da təsir göstərəcəyinə inanıram. Əlbəttə, nə qədər “özümüzünkü” hesab etsək də, Pezeşkian İran dövlətinin Prezidenti olaraq ilk növbədə dövlətinin maraqlarını qoruyacaq və maksimum dərəcədə İran üçün fayda təmin etməyə çalışacaq. Mətbuata sızan bəzi məlumatlara görə, Zəngəzur dəhlizindən – Tramp yolundan (TRİPP) gələn gəlirlərə İran və əlbəttə ki, Rusiya da iddialıdır. Yeri gəlmişkən, şübhə etmirəm ki, Alyaskada da bununla bağlı söhbət olub. İranın Rusiyanı bu oyuna cəlb etməsi və yeni gərginlik yaratmaq cəhdlərinin havada qalması da buna dəlalət edir. Həmin məlumatlara əsaslanaraq demək olar ki, bu yoldan əldə edilən gəlirlərin bölüşdürülməsində ABŞ (əsas payçı), Azərbaycan və Ermənistanla yanaşı Rusiya və İranın da iştirakı mümkündür. Əlbəttə, bunun müqabilində onların özlərinin təqdirəlayiq, anlayışlı və dözümlü davranış sərgiləmələri şərtdir.

Bir halda ki, Rusiyanın bu oyunlara cəlb edərək yeni təxribatlar törətmək cəhdləri uğursuzluqla nəticələnir, onun nə siyasi, nə iqtisadi, nə də hərbi potensialı kifayət edir, məşhur ifadə ilə desək, “dövlət təminatı” çatmır. Belə olan halda isə yeganə yol qalır: mövcud şəraitdən maksimum dərəcədə faydalanmaq”.

Ayşən Vəli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see755

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri