Icma.az
close
up
RU
Günah İsrailin deyil, Amerikanındır! MÜNASİBƏT BİLDİRİLDİ

Günah İsrailin deyil, Amerikanındır! MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"İran-İsrail güc qarşıdurmasında fasilə mütləq olmalıdır. Çünki faktiki olaraq İsrail İrana hücum edib, ciddi beynəlxalq qanun pozuntularına imza atdıqdan sonra cavabını aldı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, burada günah İsrailin yox, Amerikanındır: "Onlar İranı aldatmaq üçün bir quruluş qurdular. Məsələ burasındadır ki, guya Benjamin Netanyahunun özbaşınalığından Donald Trampın xəbəri olmayıb. Amma nəticə göstərdi ki, bu əməliyyat əvvəlcədən razılaşdırılmışdır. Netanyahu Trampı inandıra bilmişdi ki, “siz qarışmayın, mən məsələni həll edəcəm”. Amma Netanyahu İranın gücünü düzgün hesablamayıb, çox böyük bir avantüraya getdi.

Benjamin Netanyahu öz xalqını və ölkəsini çox pis vəziyyətə saldı. Hər iki tərəfdən dağıntılar var, böyük fəlakət yaşanır. Bunun ardınca humanitar problemlər çıxacaq ortaya. Amma İsrailin gücü maksimum 1 həftə, ya da 10 günə qədər çatacaq. İsrail heç vaxt təkbaşına İranla bacara bilməyəcək".

Politoloq qeyd edib ki, Netanyahu istəyir ki, Amerikanın özü müdaxilə etsin: "Tramp isə həm öz xalqını, həm də İranı danışıqlarda iştirak edən tərəf kimi aldadıb. İran da buna cavabsız qalmayıb. İndiki halda təşəbbüs artıq İranın əlindədir, və cavabı İran verməlidir. Çünki Tramp deyir ki, İran təslim olsun, amma İran heç vaxt təslim olmayacaq. Hələ bu hadisələrdən 2 həftə əvvəl İranın dini lideri Ruhullah Xomeyni demişdi ki, “Biz Amerikanın dediyi ilə getməyəcəyik. Onlar bizim nüvə sənayemizi əlimizdən almaq istəyirlər, raket planımızı dayandırmaq istəyirlər. Bunlar mümkün deyil, buna görə də danışıqların heç bir mənası yoxdur”.

Hazırda isə pis vəziyyətdə qalan təkcə Netanyahu deyil, Trampın özü də çətin duruma düşüb. İsrailin daxilində ciddi ziddiyyətlər var. Ölkənin quru sərhədləri və hava yolları bağlanıb. Hadisə nəticəsində neçə nəfər yaralanıb, ya da ölüb – bilinmir. İsraildən də informasiya almaq çətindir. Amma peyklər vasitəsilə ümumi vəziyyətdən xəbər tutmaq mümkündür"-deyə politoloq bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri