Icma.az
close
up
RU
Aparıcı dövlətlər İranın hərəkətlərindən narahatdır MÜNASİBƏT BİLDİRİLDİ

Aparıcı dövlətlər İranın hərəkətlərindən narahatdır MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Bugünkü İranın vəziyyəti çox çətindir. İran iqtisadiyyatı dünya ölkələri ilə müqayisədə çox aşağı səviyyədədir. İnsanlar yaşayış üçün və ailələrini dolandırmaq üçün pul tapa bilmir, üstəlik son zamanlar su çatışmazlığı kimi problemlər də ortaya çıxıb. Bu gün İran insanları içməli su problemi ilə üzləşir, həyat səviyyəsi aşağıdır və işsizlik getdikcə artır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, hakimiyyət isə bu problemlərin həlli üçün ciddi tədbirlər görmür və ya görə bilmir. Təbii ki, bütün bu problemlərin səbəbini hakimiyyət daxilində deyil, onlara qarşı tətbiq olunan sanksiyalarda görürlər: "ABŞ və digər qərb ölkələrinin İranla bağlı apardığı siyasəti, eləcə də İsrailin onlara qarşı həyata keçirdiyi hərbi tədbirləri buna misal göstərirlər. Əslində, İrana qarşı tətbiq olunan sanksiyaların ölkədə vəziyyətin pisləşməsində ciddi rolu vardır. Yəni, bu gün İran normal ölkə kimi heç bir ölkə ilə ticarət apara bilmir, əlaqələr qura bilmir və heç bir ölkə ilə münasibətlərini inkişaf etdirə bilmir.

Eyni zamanda, İran hökuməti və hakimiyyətdəki ruhani rejim vəziyyətin belə olmasını əsasən ABŞ və digər dövlətlərin siyasətinə bağlayır. Lakin məsələ burasındadır ki, ABŞ və dünyanın digər ölkələri İrana qarşı sanksiyalar tətbiq edirsə, bunun əsas səbəbkarı İran rejiminin özü deyilmi? Əgər İran rejimi nüvə proqramı üzrə tətbiqatlarda çəkinsə və ABŞ ilə danışıqlarda qəbul edilməyən şərtləri zorlamasa, təbii ki, onun üzərinə sanksiyalar tətbiq olunmazdı.

Bugünkü vəziyyətdə İran hökuməti ABŞ ilə danışıqlar prosesindədir. Əvvəlki danışıqlar nəticə vermədiyinə görə, ABŞ və İsrail onun nüvə obyektlərini və bazalarını raket zərbələri ilə vurublar. Bu isə İranda insanların vəziyyətinin pisləşməsinə səbəb olub. ABŞ və İsrail bununla kifayətlənmir; İran danışıqlar masasında onların tələblərini qəbul etməzsə, ona qarşı yeni hücum planları da hazırlanmış kimi görünür. Bu baxımdan, İranda hakimiyyətdəki fars və ruhani rejim təhlükəni qabaqcadan görür, lakin buna baxmayaraq, istədikləri kimi hərəkət etməyə çalışırlar.

İstədikləri kimi hərəkət etmək dedikdə, təbii ki, nüvə proqramı sahəsində tədqiqatları davam etdirmək və hərbi sahəni inkişaf etdirmək nəzərdə tutulur. Bütün bunlar ABŞ, İsrail və Avropa ölkələrinin xoşuna gəlməyən məsələlərdir və İranı bu sahələrdə çəkinməyə vadar edirlər. Amma İran rejimi hesab edir ki, nüvə proqramı, uranın zəngləşdirilməsi onun haqqıdır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Digər dövlətlər isə, aparıcı ölkələr, uranın zəngləşdirilməsindən məqsədin nüvə silahı olduğunu düşünür və məhz buna görə də İranın nüvə tədqiqatlarına qarşı çıxırlar. ABŞ açıq şəkildə bəyan edir ki, İran uranın zəngləşdirilməsindən imtina etməsə, ona qarşı hücumlar davam etdiriləcək. Təbii ki, İran hökuməti vaxtında ABŞ ilə masada oturub danışıqlar aparsa, müəyyən nəticələr əldə etmək imkanı qazana bilər".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri