Icma.az
close
up
RU
Ailə qurmaq evlənmək deyil MÜNASİBƏT BİLDİRİLDİ

Ailə qurmaq evlənmək deyil MÜNASİBƏT BİLDİRİLDİ

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Qədimdən ailə müqəddəs hesab olunub". Bu sözləri SİA-ya açıqlamasında "YENİ HƏYAT" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, istər milli-mənəvi dəyərlərimiz baxımından, istərsə də qanunvericiliyimizə görə, ailə toxunulmazdır. Lakin bəzi hallarda müşahidə edirik ki, ailə anlayışını yalnız söz olaraq qəbul edən, onun dərin mənasını dərk etməyən insanlar evlənirlər və qısa müddət sonra ayrılırlar: "Bu evlilik bəzən rəsmi, bəzən isə qeyri-rəsmi şəkildə baş tutur. Lakin evlənmək hələ ailə qurmaq demək deyil. Bu, əlbəttə ki, mənim subyektiv fikrimdir.

Bəlkə də elə yeganə xalqıq ki, bizdə "ailə qurmaq" ifadəsi işlənir. Bu ifadənin kökündə, yəqin ki, ailəni “kiçik dövlət” kimi görməyimiz dayanır. Mövzuya gəldikdə isə bu “kiçik dövlətdə” baş verən hadisələr, bəli, ailənin daxili işi sayıla bilər. Lakin burada baş verən xoşagəlməz hallar – xüsusilə zorakılıq kimi hallar – artıq ölkə qanunvericiliyi çərçivəsində tənzimlənir.

Son vaxtlar ailələrdə baş verən zorakılıq halları ciddi və narahatedici nəticələrə gətirib çıxarır. Təbii ki, ailədaxili münaqişələrdə iki tərəfdən birinin digərinə qarşı göstərdiyi istənilən zorakılıq halı hüquqi və mənəvi cəhətdən qəbuledilməzdir. Bu cür zorakılıq hallarının səbəbləri müxtəlif olsa da, mahiyyəti dəyişmir – zorakılıq insanlığa yaraşmayan, digər şəxslərə zərər verən və ciddi təhlükə yaradan davranış formasıdır. Xüsusilə son illərdə artan fiziki və psixoloji-sosial zorakılıq halları narahatlıq doğurur. Bu zorakılıqların təməlində ya ciddi sosial-psixoloji səbəblər dayanır, ya da bir-birini kifayət qədər tanımayan insanların tələsik izdivaca girməsi rol oynayır. Bəzən isə kənar müdaxilələr – qohumların, dostların və ya üçüncü şəxslərin müdaxiləsi – ailədaxili kiçik bir narazılığı böyük bir problemə çevirə bilər.

Ailə, sevgi, anlayış və qarşılıqlı hörmət üzərində qurulmalıdır. Əgər bu əsaslar zəifdirsə və ya yoxdursa, ən xırda anlaşılmazlıq belə böyük fəsadlara səbəb ola bilər".

Müəllif: Günel Rəşadqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 İyun 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see328

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see307

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see288

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see282

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see253

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see249

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see238

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see232

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see216

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see201

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see200

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see197

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see196

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see192

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see190

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see188

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see187

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see178

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see175

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri