Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

İranın vurulması Azərbaycana hansı problemlər yaşada bilər?

İranın vurulması Azərbaycana hansı problemlər yaşada bilər?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran ətrafında baş verən proseslər Yaxın Şərq regionunda ciddi narahatlıq yaratmağa başlayıb. 

Qərb mənbələrinin məlumatlarına görə, yaxın günlərdə ABŞ-nin İrana hərbi müdaxiləsi gözlənilir. Qeyd olunur ki, Vaşinqton artıq bu barədə region ölkələrindən birinə məlumat verib. Hətta hücumların bazar günü başlayacağını iddia edirlər. 

ABŞ mətbuatı yazır ki, ABŞ Hərbi Hava Qüvvələri, eləcə də ABŞ-nin ballistik raketlərlə təzcih olunan hərbi donanması İranda əsasən mühüm strateji obyektlər – nüvə və raket mərkəzləri, o cümlədən İran rəhbərliyini hədəfə alacaq.

Bildirilir ki, Tramp administrasiyasının əsas məqsədi İranda yalnız nüvə və raket mərkəzlərini məhv etmək deyil, həmçinin ölkədə mövcud rejim dəyişiklikliyinə nail olmaqdır.

Vurğulanır ki, ABŞ-nin hazırkı administrasiyası mümkün hücumun uğurlu olacağı təqdirdə ölkə daxilində kütləvi etirazların yenidən başlaya və bunun hökumətin devrilməsinə gətirib çıxara biləcəyini hesablayır. 

Eyni zamanda, ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında həftəsonu keçirilməsi planlaşdırılan İran hərbi təlimləri ilə bağlı xəbərdarlıq edib.

ABŞ tərəfi bildirib ki, Amerika hərbi qüvvələrinin üzərindən uçuşlar, toqquşma kursunda gəmilərə yüksək sürətlə yaxınlaşma və ya ABŞ əsgərlərinə silah tuşlamaq kimi hərəkətlərə dözümlə yanaşılmayacaq.

Trampın Ağ Evdə jurnalistlər ilə görüşündə İranla bağlı açıqlaması da xüsusi diqqət çəkir. ABŞ-nin dövlət rəhbəri vurğulayıb ki, İrana doğru hərəkət edən Amerika donanması Venesuela üçün Karib dənizinə göndərilən donanmadan daha böyükdür. 

İranın ali rəhbəri Əli Xameneyinin müşaviri Əli Şamxani isə mümkün münaqişə halında İranın sərt cavab verəcəyini bildirib. Şamxani “düşmənlərin İrana hücum planları” barədə məlumatlı olduqlarını, bu planları neytrallaşdıracaq nöqtələrə zərbə endiriləcəyini qeyd edib.

İranla bağlı mövcud vəziyyət Yaxın Şərq ilə yanaşı Cənubi Qafqaz ölkələrini də narahat edir. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-nin İrana hərbi müdaxiləsi Cənubi Qafqaz regionunda da ciddi fəsadlara yol aça bilər. 

Artıq Azərbaycan bu məsələ ilə bağlı öz münasibətini bildirib. Rəsmi Bakı ABŞ ilə İran arasındakı problemlərin yalnız danışıqlar və dialoq yolu ilə həll edilməsinin tərəfdarıdır.

Bu baxımdan, İranda və İran ətrafında genişmiqyaslı hərbi toqquşmanın yaşanması Cənubi Qafqaza, xüsusilə də Azərbayacana təsirsiz ötüşməyə bilməz. 

Məsələ ilə bağlı Milli Məclisin deputatı, politoloq Hikmət Babaoğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, hazırda real təhlükələr görünməsə də, ABŞ ilə İran arasında hərbi toqquşmanın baş verməsi istisna olunmur:

“İran ətrafındakı vəziyyət daha da gərginləşir. Yaxın günlərdə ABŞ-nin İrana hərbi müdaxiləsi istisna görünmür. Xüsusilə vurğulayım ki, hazırkı gərginliyin psixoloji-informasiya müharibəsi platformasından real müharibəyə keçməsi ehtimalı yüksəkdir. 

Əlbəttə ki, İranda və onun ətrafında ağır təlatümlərə yol açacaq hər hansı hadisə baş verərsə, bu, Azərbaycana öz təsirini göstərəcək. İlk növbədə nəzərə almalıyıq ki, İran bizim soydaşlarımızın yaşadığı bir ölkədir. 

İrandakı soydaşlarımızla eyni dili, eyni mədəniyyəti və eyni tarixi bölüşürük. Onların taleyinə biganə yanaşa bilmərik.

İkincisi, ABŞ ilə İran arasında toqquşmalar zamanı istifadə olunacaq hücum xarakterli silahlar digər ölkələr kimi ölkəmizin ərazisindən də yan keçməyəcək. Amma Azərbaycan Hərbi Hava Qüvvələri bu kimi təhlükələri dəf etməyə hazırdır.

Digər məsələyə gəlincə, hansı ki, bunu o qədər də yüksək qiymətləndirmirəm, ABŞ-İran hərbi qarşıdurması fonunda İrandan Azərbaycana kütləvi miqrasiya baş verə bilər. Əgər belə bir hal baş verərsə, buna hazır olmayıq”. 

O bildirib ki, ABŞ-İran toqquşması Yaxın Şərq və Cənubi Qafqaz daxil olmaqla bütöv bir regionda uzunmüddətli qeyri-sabitlik yaradacaq:

“İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan regionda sülh, sabitlik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı təmin etmək üçün “3+3” formatını təqdim etdi. Həmin formatın iki aparıcı üzvü Rusiya və İrandır. 

Hazırda Rusiya Ukraynada müharibə aparır, İranla da müharibə baş verərsə, bu, regionumuzun sabitliyinə zərbə vuracaq. Ancaq real təhlükələr hələlik görünmür”. 

Politoloq vurğulayıb  ki, Azərbaycan regionda sabitliyin pozulmasında maraqlı deyil:

“Azərbaycan baş vermək ehtimalında olan hadisələrin qarşısını almaq imkanlarına malikdir. Ona görə də bütün hallarda Azərbaycan bütün diplomatik əlaqələri vasitəsilə hər hansı müharibənin qarşısını almaq üçün imkan daxilində mümkün olan addımları atacaq. 

Amma xüsusi bir məqamı nəzərə almaq lazımdır ki, beynəlxalq siyasəti müəyyən edənlər region ölkələri deyil, beynəlxalq aktorlardır.

Hazırkı qlobal proseslərdə yalnız güc mərkəzləri hakim mövqe sərgiləyirlər. Qlobal aktorların hər hansı mövqe sərgiləməsindən asılı olmayaraq, Azərbaycan regionda sülh və sabitliyin əlindən gələni etməyə hazırdır”. 

Yunis Abdullayev
"Cebheinfo.az"

Açar sözlər: İran Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri