Icma.az
close
up
RU
İranın yeni hədəfi bu boğazdır Dəniz daşımaları iflic olacaq KONKRET

İranın yeni hədəfi bu boğazdır Dəniz daşımaları iflic olacaq KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Donald Tramp İranla yeni danışıqların iki gün ərzində Pakistanda keçirilə biləcəyini söylədikdən sonra tərəflər arasında razılaşmanın əldə ediləcəyinə dair ümidlər yaranıb. Ancaq razılaşma üçün İran Hörmüz boğazına nəzarətdən və tankerlərdən rüsum yığımından imtina etməlidir. Bu olmasa nə razlaşma olacaq, nə də ABŞ Hörmüz boğazının girişinin mühasirəsindən imtina edəcək”.

KONKRET.az xəbər verir ki, bu barədə bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Hörmüz boğazıyla bağlı problem həll olunmazsa, gərginlik Bab əl-Məndəb boğazına keçəcək:

“Bu arada, Hindistanın baş naziri Narendra Modi ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Telefon danışığı zamanı ikitərəfli əlaqələr müzakirə olunmaqla yanaşı, Yaxın Şərqdəki mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Hindistanın baş nazirini ABŞ Prezidentinin Hörmüz boğazıyla bağlı planı maraqlandırıb. Liderlər Hörmüz boğazının açıq və təhlükəsiz saxlanılmasının vacibliyini vurğulayıblar. Problemin həlli Hindistan üçün böyük əhəmiyyət kəsb edir. Birincisi, Hindistan neftə olan tələbatının böyük hissəsini İran və Körfəz ölkələrindən əldə edir. İkincisi, hazırda Hindistanın neftlə dolu tankerləri Hörmüz boğazında ilişib qalıblar.

Hörmüz boğazıyla bağlı problem həll olunmazsa, gərginlik Bab əl-Məndəb boğazına keçəcək. Bu boğaz dünya ticarəti üçün Hörmüz boğazı qədər əhəmiyyətlidir. Bəb əl-Məndəb Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və qlobal neft ticarətində əhəmiyyətli yer turur. Dünya neft və qazının 20 faizi Bab əl-Məndəb boğazından daşınır. Bundan başqa Bab əl-Məndəbin dibində sualtı fiber-optik kabellər şəbəkəsi var ki, bu dünya internet trafikinin təxminən 20 faizinə qədərini ötürür və bu sularda gərginlik qlobal rəqəmsal bağlantı və maliyyə bazarları üçün birbaşa təhlükə yaradır”.

Politoloq qeyd edib ki, Bab əl-Məndəb boğazının qapadılması Asiya ilə Avropa arasında dəniz daşımalarını iflic vəziyyətə salacaq:

“İran rejimi ilə bağlılığı olan Yəməndəki husilər Bab əl-Məndəb boğazını nəzarətə götürsələr, bu dünya üçün ikinci şok olacaq. Bab əl-Məndəb boğazının qapadılması Asiya ilə Avropa arasında dəniz daşımalarını iflic vəziyyətə salacaq. Təsadüfi deyil ki, İran parlamentinin sədri Məhəmməd Qalibaf bir neçə gün əvvəl sosial şəbəkədə neftin, mayeləşdirilmiş təbii qazın, buğdanın, düyünün və gübrənin dünya üzrə daşınmasının əhəmiyyətli hissəsinin Bab əl-Məndəb boğazından keçdiyi barədə paylaşım edib. Yəni Qalibaf demək istəyib ki, İranın tələbləri yerinə yetirilməsə Bab əl-Məndəb boğazı da husilər vasitəsilə nəzarətə götürüləcək. Husilər hələ ki, gözləmə mövqeyindədirlər. Ancaq onlar hər an düyməyə basa bilərlər. Bunun qarşısının alınmasının yeganə yolu İranla ABŞ arasında müvəqqəti də olsa razılaşmanın əldə edilməsidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Aprel 2026 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri