Icma.az
close
up
RU
İranın Zəngəzur dəhlizi narahatlığı: Tehrandan Qərbin layihəsinə dəstək

İranın Zəngəzur dəhlizi narahatlığı: Tehrandan Qərbin layihəsinə dəstək

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

İranın xarici işlər nazirinin müavini Məcid Taxt Ravançi Ermənistan İctimai televiziyasına müsahibə verib. O, müsahibəsində Zəngəzur dəhlizinin açılmasına qarşı çıxıb, Qərbin layihəsi olan “sülh kəsişməsi” layihəsini dəstəkləyib. Bu açıqlamadan bir daha bəlli olur ki, Zəngəzur dəhlizinin açılmasına qarşı ən böyük maneə Ermənistandır.
İranın bu siyasi kursunun nə ilə nəticələnə biləcəyi yönündə millət vəkilləri, politoloqlar fikirlərini “Xalq Cəbhəsi”nə bildirib.

“İran güclü Ermənistan istəyir”

Milli Məclisin deputatı Hikmət Babaoğlu vurğulayıb ki, İran Cənubi Qafqaz regionunda güclü Azərbaycan yox, güclü Ermənistan istəyir: “Ona görə də İran xarici işlər nazirinin müavini Məcid Taxt Ravançi regional inteqrasiyaya xidmət edəcək Zəngəzur dəhlizinin açılmasını yox, yalnız və yalnız Ermənistanın inkişafına xidmət edəcək “sülh kəsişməsi” layihəsini dəstəkləyir. Əslində “sülh kəsişməsi” layihəsi Azərbaycanın kommunikasiyaları və sərvətləri hesabına Ermənistanın varlanması deməkdir. Ona görə də belə bir layihənin baş tutması o qədər də real görünmür. Ancaq Zəngəzur dəhlizinin açılması bütün region ölkələrinin, o cümlədən İranın inkişafı deməkdir. Lakin İran bunu istəmir”.

“Bu, tarixi zərurətdir”

H.Babaoğlunun sözlərinə görə, İran ona görə Azərbaycanın güclənməsini istəmir ki, Azərbaycan gücləndikcə İranda yaşayan azərbaycanlıların mövqeyi də güclənir, onların İran Konstitusiyası ilə tanınan hüquqlarının əldə olunması üçün mübarizə əzmi artır: “Bunu isə İran özünə təhdid kimi görür. Yəni İran çalışır ki, İranda yaşayan bütün xalqlar fars hegemoniyası altında olsun, digərlərinə heç bir hüquq tanınmasın və fars dili hakim olsun. Halbuki, İran Konstitusiyasına görə İranda azərbaycanlıların öz dillərində oxumaq, yazmaq, danışmaq hüquqları var. İran qorxur ki, nəticə etibarı ilə bu hüquqlar bir çox Avropa ölkəsində olduğu kimi İranda da iki dövlət dilinin yaranmasına gətirib çıxara bilər. İran da bunu istəmir. Ancaq bu, tarixi zərurətdir. Bu məsələnin geci-tezi var”.

“İran ən azı iki rəsmi dövlət dili olan bir dövlətə çevrilməlidir”

Deputat əlavə edib ki, onsuz da İran ən azı iki rəsmi dövlət dili olan bir dövlətə çevrilməlidir: “Çünki əhalisinin yarısından çoxu türkcə danışır və İran Konstitusiyasında da bu dil azərbaycanlıların dili kimi tanınır. Məsələnin mahiyyəti bundan ibarətdir. Buna görə də İran daima çalışır ki, güclənsin, onun fonunda Azərbaycanın mövqeləri zəifləsin, İran yenə də İranda yaşayan azərbaycanlıları assimilyasiya etmək, onların dilini qısa etmək üçün desin ki, “bax, görürsünüzmü, Azərbaycan müstəqildir, amma torpaqları işğal altındadır, gücsüzdür”. Yəni 30 il məhz bu hədə ilə İran azərbaycanlıların hüquqlarını tapdalayıb. Bundan əvvəlki dövrlərdə də azərbaycanlıların hüquqları tapdalanıb. Bu gün də İranın Ermənistanı güclü görmək istəməsinin məqsədi məhz bundan ibarətdir”.

“Bu, Azərbaycan xalqına etdikləri ən böyük xəyanətdir”

Milli Məclisin deputatı Aydın Hüseynov İranın Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət addımlar atmağa mane olduğunu, eyni zamanda, bunu qırmızı xətt adlandırdığını deyərək əlavə edib ki, əslində Zəngəzur bolşeviklərin Azərbaycan xalqına etdikləri ən böyük xəyanətdir: “Zəngəzur Azərbaycanın qədim torpağıdır və 1923-cü ildə Ermənistana verilməklə türk dünyasını bir-birindən ayrıdı. Ən başlıcası Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında keçilməz bir sədd saldı. Bunun birinci növbədə Azərbaycan xalqı üçün önəmi ondan ibarətdir ki, bizim tarixi torpaqlarımız vasitəsilə Naxçıvana getmək ədalətli istəyimizdir, haqqımızdır. Digər tərəfdən isə Zəngəzur dəhlizi region iqtisadiyyatı və dünya iqtisadiyyatı üçün çox önəmli bir layihədir. Eyni zamanda məlumdur ki, Zəngəzur dəhlizi Orta dəhlizin və “Bir kəmər, bir yol” layihəsinin əsas seqmentlərindən və vacib hissələrindən biridir”.

“İran Avropa tərəfindən sanksiya altındadır”

Deputatın fikrincə, İran və Ermənistanın bu məsələdə öz ambisiyalarını əsas götürməsinin heç bir əsası yoxdur: “Bunun nə tarixi, nə iqtisadi əsası var. Əslində məlumdur ki, İran Avropa tərəfindən sanksiya altındadır. Ermənistanın isə iqtisadiyyatı çöküb gedir. Ermənistanın öz iqtisadiyyatını dirçəltmək üçün yeganə çıxış yolu Azərbaycanın həyata keçirdiyi layihələrdə iştirak etmək, həm Azərbaycan, həm də Türkiyə ilə kommunikasiyaları açmasıdır. İran da həmçinin öz iqtisadi gələcəyini daha aydın şəkildə qurmaq istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı siyasi iddialarını, dünyada gedən prosesləri təhlil etməli və Zəngəzur dəhlizinin açılması ilə bağlı öz addımlarını atmalıdır. Biz görürük ki, Avropa ölkələrinin, məsələn, Çin və digər ölkələrin də istəkləri Zəngəzur dəhlizi vasitəsi ilə iqtisadi əlaqələrin qurulmasından ibarətdir. Bu, onlar üçün maraqlıdır. Bu, Azərbaycan üçün iqtisadi marağı ilə yanaşı, ən böyük tarixi ədalətin bərpa olunması deməkdir ki, biz Naxçıvanla əlaqə saxlamalıyıq. Biz türk dünyasının əlaqələrinin daha da genişləndirilməsini təmin edəcək Zəngəzur dəhlizinin açılmasını daha real hesab edirik”.

“İran yalnız su bulandırmaqla məşğuldur”

Politoloq İlham İsmayıl İranın yalnız öz maraqları çərçivəsində fəaliyyət göstərdiyini, Ermənistanın və Azərbaycanın maraqlarını nəzərə almadığını söyləyib: “Amma bu o deməkdir deyil ki, İranın mövqeyi ilə Zəngəzur dəhlizi açılmayacaq. Hər halda Ermənistan da öz perspektivində mənafelərini güdür”.
İ.İsmayıl vurğulayıb ki, bölgədə sülhün yaranması üçün Zəngəzur dəhlizinin açılması şərtlərdən biridir: “Hesab edirəm ki, ona görə də İranın həmişəki kimi inadı davam etdirməsinin sonunda elə bir nəticəsi olmayacaq. Bu perspektiv də daha çox iki ölkənin - Azərbaycan və Ermənistanın mövqeyindən asılıdır. Ona görə də hesab edirəm ki, İran yalnız su bulandırmaqla məşğuldur və öz maraqlarını hesablayır. İranın başı indi öz dərdlərinə o qədər qarışıqdır ki, Zəngəzur dəhlizi onlar üçün bir o qədər prioritet deyil”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Aprel 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see230

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see195

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see170

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see161

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see158

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see147

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see144

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see136

Xaçmaz Rayon Prokurorluğunda “Açıq Qapı” Günü Keçirilib

17 Oktyabr 2025 11:35see136

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see135

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see134

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see134

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see131

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see127

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see126

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see126

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see126

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see124

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri