İranın zərbələri ABŞ nin Bəhreyndəki hərbi bazasını yararsız hala salıb KİV
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) Bəhreyndə yerləşən və Beşinci Donanmanın qərargahı olan bazası bu yaz İranın cavab zərbələr zamanı ciddi zədələnib və artıq öz əsas funksiyalarını yerinə yetirmək üçün yararlı deyil.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri Pentaqondakı mənbələrə və peyk görüntülərinin təhlilinə istinadən məlumat yayıb.
Nəşr qeyd edib ki, ABŞ HDQ baza ərazisindəki böyük dağıntılar barədə məlumatı rəsmi olaraq təsdiqləməyib. WSJ-nin məlumatına əsasən, aktiv döyüş əməliyyatları dövründə İranın endirdiyi zərbələr nəticəsində donanmanın qərargah binası əhəmiyyətli dərəcədə dağılıb. Həmçinin ABŞ HDQ-nin təlim kompleksi, liman infrastrukturu, kazarmalar və anbar obyektləri də ciddi ziyan görüb. Hazırda Pentaqon Bəhreyndəki baza ilə bağlı müxtəlif variantları, o cümlədən onun funksiyalarının bir qisminin Yaxın Şərqdəki digər obyektlərə köçürülməsini nəzərdən keçirir. Bəhreyndəki baza obyektlərinin inşasının ümumi dəyəri 400 milyon dollar olaraq qiymətləndirilir.
Bəhreyndəki baza 1995-ci ildən bəri ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının əsas dayaq məntəqəsidir. İran sahillərindən 240 km məsafədə yerləşən bu obyekt Amerika donanmasının bütün növ gəmilərini qəbul etmək imkanına malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 26 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















